Icma.az
close
up
RU
Türkdilli dövlətlər arasında strateji əməkdaşlıq genişlənir

Türkdilli dövlətlər arasında strateji əməkdaşlıq genişlənir

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ildə Naxçıvan Sazişi ilə təsis edilmişdir. Təşkilatın əsas məqsədi türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirməkdir. TDT, üzv dövlətlər arasında ortaq tarixi, dili və mədəniyyəti əsas götürərək, regional sabitlik və inkişafın təmin olunmasında mühüm rol oynayır.
 

2025-ci ilin may ayında Budapeştdə keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev çıxış edərək, türk dövlətləri arasında birliyin və əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. O, TDT-nin gücləndirilməsi və üzv ölkələr arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir. Prezident Əliyev, Azərbaycanın TDT çərçivəsində həyata keçirdiyi layihələr və təşəbbüslər barədə məlumat vermiş, xüsusilə nəqliyyat, enerji və rəqəmsal sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etmişdir.
 

Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsi mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilməlidir. Macarıstanın TDT-nın tamhüquqlu üzvü deyil və yalnız müşahidəçi ölkə statusuna malik olmasına baxmayaraq, bu gün Təşkilatın Zirvə toplantısına ev sahibliyi etməsi onun bir daha müstəqil siyasət aparan nadir ölkələrdən biri olmasıni Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən də bəlli olur: “Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm»
 

Prezident İlham Əliyev çıxışında, Azərbaycanın təşəbbüsü ilə 2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətini vurğulamış və bu təşəbbüsün davamı olaraq Budapeştdə ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil edilməsini yüksək qiymətləndirmişdir. O, həmçinin Qırğızıstanın TDT-yə uğurlu sədrliyi münasibətilə Prezident Sadır Japarovu təbrik etmiş və 2025-ci ildə Azərbaycanda keçiriləcək rəsmi Zirvə görüşünə dəvətini təkrarlamışdır.
 

Ölkə başçısı çıxışında, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin əhəmiyyətini vurğulamış və bu çərçivədə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalandığını qeyd etmişdir. Bu saziş, ölkələrdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev həmçinin, Xəzər dənizinin türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməsində Azərbaycanın rolunu vurğulamışdır. O, Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verdiklərini və hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlərin davam etdirildiyini bildirmişdir.
 

Görüşün sonunda imzalanan 71 maddədən ibarət Bəyannamə, üzv dövlətlərin ortaq tarixi, mədəniyyəti və dəyərləri əsasında birgə gələcəyə dair qətiyyətli iradəsini əks etdirdi. Budapeşt Zirvə görüşündə imzalanan bəyannamədə aşağıdakı əsas məsələlərə toxunulmuşdur:
 

Türk dövlətləri arasında nəqliyyat və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi;
 

Rəqəmsal transformasiya və informasiya texnologiyaları sahəsində birgə layihələrin həyata keçirilməsi;
 

İqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması sahəsində əməkdaşlığın artırılması;
 

TDT-nin beynəlxalq nüfuzunun artırılması və digər beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi.
 

Bəyannamə, türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və regionda sülh və sabitliyin təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır.

Samirə Hüseynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 May 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see373

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see271

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see262

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see241

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see230

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see229

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see227

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see216

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see212

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see210

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see208

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see207

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see207

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see206

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see201

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see199

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see196

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see174

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see173

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri