“Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Turkish Airlines” şirkəti 2026-cı ilin iyun ayından etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə həftədə 14-ə qədər uçuş həyata keçirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, məlumatı İrəvanda yerləşən “Zvartnots” hava limanının mətbuat xidməti yayıb.
Qeyd olunur ki, aviaşirkət 11 mart tarixindən etibarən gündəlik uçuşlara başlayacaq, 14 maydan uçuşların sayı həftədə 10-a, 15 iyundan isə 14-ə çatdırılacaq.
Xatırladaq ki, planlaşdırılan uçuşlar barədə məlumatı 2025-ci ilin dekabr ayında Ermənistanla münasibətlərin normallaşdırılması üzrə Türkiyə xüsusi nümayəndəsi Serdar Kılıç vermiş və bunu “növbəti bir addım” kimi qiymətləndirmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:Turkish Airlines İrəvana uçmağa başlayacaq
03 Oktyabr 2025 12:47
“Turkish Airlines” İrəvana reyslər açır
06 Fevral 2026 17:40
Turkish Airlines İrəvana müntəzəm uçuşlar açmağı planlaşdırdığını açıqlayıb
01 Oktyabr 2025 11:02
İstanbuldan İrəvana birbaşa uçuşlar başlayır
22 Dekabr 2025 19:41
“Turkish Airlines” Moskvaya uçuşları ləğv edir
26 May 2025 15:04
Baxış sayı:194
Bu xəbər 11 Fevral 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















