Icma.az
close
up
RU
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Ankarada: yeni sənəd imzalandı, birgə mesajlar verildi (FOTOLAR)

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Ankarada: yeni sənəd imzalandı, birgə mesajlar verildi (FOTOLAR)

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün  Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, görüşdən sonra üşn ölkənin müdafiə nazirləri -  milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani birgə mətbuat konfransı keçiriblər.

Çıxış edən nazir Zakir Həsənov bəyan edib ki, üç ölkənin liderləri arasında sıx münasibətlər və müntəzəm təmaslar ölkələr arasında münasibətlərin daha da inkişafını sürətləndirib. O qeyd edib ki, görüş zamanı ikitərəfli və üçtərəfli münasibətlərin inkişaf perspektivləri, fəaliyyətin səmərəliliyi, regionda baş verən hərbi-siyasi proseslər və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazir əlavə edib ki, görüşdə regionun sülh, sabitlik və təhlükəsizliyinə təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb: "Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin birgə bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması 30 ildən artıq davam edən müharibəyə son qoyulması istiqamətində mühüm addımlardır. Bu tarixi hadisə Cənubi Qafqazda və daha geniş regionda əməkdaşlıq üçün yeni imkanlar açır".

Nazir daha sonra qlobal hərbi-siyasi proseslər əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini diktə etdiyini deyib: “Beynəlxalq terrorizm, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kiberhücumlar və iqlim dəyişikliyi kimi yeni yaranan təhdidlər ölkələrdən əməkdaşlıq etməyi və effektiv həll yolları hazırlamağı tələb edir".

Gürcüstanın müdafiə naziri Çikovani də dost və strateji tərəfdaşı olan ölkələrin müdafiə nazirləri ilə görüşdə iştirakının onun üçün böyük əhəmiyyət daşıdığını deyib. O, Yaşar Gülərə qonaqpərvərliyinə görə təşəkkür edib. Gürcü nazir qeyd edib ki,  bu gün ikitərəfli və üçtərəfli münasibətləri müzakirə ediblər, həmçinin, regional təhlükəsizlik və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar: "Avropa ilə Asiya arasında körpü rolunu oynayan Cənubi Qafqaz regionu tarixən həmişə geostrateji region olub. Bu mənada ölkələrimiz arasında əməkdaşlıq çox vacibdir. Bizim əsas missiyamız birgə səylərlə regional sabitliyi qorumaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməklə sülh yolu ilə həllə nail olmaqdır. Bu strateji səviyyəli səfərlər, birgə təlimlər, üçtərəfli təlim kursları, hərbi ekspertlərin toplaşdığı görüşlər birgə işləmək üçün çox böyük imkan yaradır. Üçtərəfli təlim bizim üçün çox vacibdir və bugünkü üçtərəfli görüşlər çox yüksək səviyyədə keçdi. Əminəm ki, bu strateji əlaqələr gələcəkdə də çox uğurlu olacaq".

Qeyd edək ki, görüşdə yeni əməkdaşlıq sənədi də imzalanıb.

Zülfiyyə MUstafayeva
Mia.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri