Azərbaycan kinosunda yeni tarixi layihə: “İşquz dövləti”
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycanın qədim dövlətçilik tarixinə, zəngin tarixi-mədəni irsinə və İşquz dövlətinin tarixdəki izlərinə həsr olunan yeni ekran əsəri tamaşaçıları keçmişə səyahətə dəvət edir.
"Yeni Sabah" xəbər verir ki, film “Azərbaycan irsinə səyahət” silsiləsi çərçivəsində hazırlanıb. Layihə “Aydamir Entertainment” tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin dəstəyi ilə istehsal olunur.
Ekran əsərində Azərbaycanın qədim tarixi, dövlətçilik ənənələri və İşquz dövlətinin bölgə tarixində tutduğu yer bədii formada təqdim ediləcək. Filmin yaxın vaxtlarda tamaşaçılara təqdim olunacağı bildirilir. pizza sifarişi
Filmdə Kərəm Hadıyev, İlqar Musayev, Nurlan Əmirli, Faiq Mirzəyev, İlkin Dövlətov, Bəhruz Vaqifoğlu, İlyas Əhmədov, Pərviz Fəxrəddin, Münəvvər Əliyeva və Aydan Həsənzadə rol alıblar.
Layihənin ideya müəllifi Zaur Həsənovdur. Ssenari müəllifləri Zaur Həsənov, Elvin Əhmədoğlu və Müşfiq Mirzədir. Filmin quruluşçu rejissoru Elvin Əhmədoğlu, görüntü rejissoru Cavid Aslanov, ikinci rejissoru isə Müşfiq Mirzədir.
Çəkiliş heyətində quruluşçu rəssam kimi Vüqar Qurbanov, geyim rəssamı kimi Ləman Süleymanlı, qrim rəssamı kimi Adilə Əliyeva çalışıb. Layihənin baş prodüseri Azər Aydəmir, icraçı prodüseri Ülviyyə Könüldür. VFX işləri Rövşən Abiyevə həvalə olunub.
Filmin redaktorları Fidan Fərrux və Etibar Məmmədovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















