Icma.az
close
up
RU
Türkiyə Baş konsulu Zəngəzur dəhlizi bağlı söz verdi

Türkiyə Baş konsulu Zəngəzur dəhlizi bağlı söz verdi

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Bildiyiniz kimi, Böyük Zəfər türk tarixində mühüm yer tutur və Türkiyənin İstiqlal savaşının əsas mərhələlərindən biridir. Bu zəfərdən sonra türk ordusu İzmirə qədər irəliləyib və Türkiyə ərazisini düşmən işğalından azad edib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib:

"Türkiyənin İstiqlal savaşı zamanı bir çox ölkədən dəstək alındı. Lakin ən böyük dəstəklərdən biri Azərbaycanlı qardaşlarımız tərəfindən göstərildi. Həmin dövrdə Azərbaycanın hökuməti tərəfindən xüsusilə neft və yanacaq təminatı, eləcə də iqtisadi sahədə mühüm yardımlar göstərildi. Buna görə Azərbaycan xalqına hər zaman minnətdarlığımızı bildiririk.

Həmin dövrdə Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan hökuməti arasında sıx əlaqələr quruldu. Azərbaycan Ankarada səfirlik açdı. Bütün bu dəstəyi biz hər zaman minnətdarlıq hissi ilə xatırlayırıq".

O qeyd edib ki, Türkiyənin İstiqlal savaşı eyni zamanda müstəmləkəçilik altında yaşayan xalqların milli oyanışına da mühüm təsir göstərdi. Türkiyə bu mübarizəni qələbə ilə başa vurduqdan sonra bir çox ölkələrdə oxşar müstəqillik mübarizələri başladı və xalqlar öz azadlıqlarına qovuşdular. Bu baxımdan 30 Avqust Zəfər Bayramı yalnız türk xalqı üçün deyil, bir çox xalqlar üçün də böyük əhəmiyyət daşıyan tarixi gündür.

Baş konsul bu sevinci onlarla bölüşən bütün qonaqlara təşəkkür edərək deyib: “İnşallah, belə gözəl və özəl günlər vəsiləsiylə bir araya gəlməyə davam edəcəyik. Bu, mənim Naxçıvandakı son tədbirimdir. Təxminən dörd ildir burada fəaliyyət göstərirəm. Gəldiyim gündən etibarən Türkiyənin Naxçıvanla münasibətlərinin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çalışdım. Düşünürəm ki, mühüm məsafə qət etdik və münasibətlərimizi yaxşı bir səviyyəyə gətirdik. İnşallah, məndən sonra bu vəzifəyə gələcək həmkarım da bu bayrağı daha irəliyə aparacaq. Mən İğdırdanam, bu bölgənin insanıyam. Naxçıvanda fəaliyyət göstərmək mənim üçün çox xüsusi idi və hər zaman bununla qürur duydum. Buradan fiziki olaraq ayrılacağam, amma qəlbim hər zaman burada olacaq. Naxçıvandakı inkişafı və baş verənləri mütləq izləyəcəyəm”.

"Çıxışımda da qeyd etdiyim kimi, təəssüf ki, Zəngəzur dəhlizinin açılışını burada görə bilmədim. Amma inşallah, həmin dəhliz açıldığında dünyanın harasında olmağımdan asılı olmayaraq, gəlib oradan ilk keçənlərdən biri olmaq istəyirəm. Sizə bununla bağlı söz də verirəm. İnşallah, yaxın zamanda bu tarixi hadisəni birlikdə görəcəyik. Bir daha bütün Naxçıvanlı qardaşlarımıza, burada fəaliyyət göstərən bütün dövlət qurumlarının və digər təşkilatların rəhbərlərinə və əməkdaşlarına bu dörd il ərzində mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm", - deyə Baş konsul əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri