Icma.az
close
up
RU
Türkiyə bölgədə hərbi baza qurur Sərhədləri F 16 larla qoruyacaqlar

Türkiyə bölgədə hərbi baza qurur Sərhədləri F 16 larla qoruyacaqlar

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın yeni hökuməti dövlətin siyasi-hərbi və təhlükəsizlik doktrinasını tamamilə yeniləyir. Ankara ilə sıx diplomatiya və əməkdaşlıq körpüsü quran Əhməd Şəra administrasiyasının sərhəd təhlükəsizliyi və ordunun yenidən qurulması ilə bağlı Türkiyədən bəzi istəkləri olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Ankaradan dron istəyən Dəməşq xüsusilə İsraillə sərhədlərinə nəzarət üçün sərhəd boyunca əlavə radar və elektron müharibə və təhlükəsizlik sistemlərinin yerləşdirilməsini də istəyir.

Suriya Müdafiə Nazirliyinin rəsmisi nəşrə PUA-ların ilk partiyasının yaxın gələcəkdə çatdırılacağını deyib:

“Türkiyənin hava hücumundan müdafiə texnologiyası PKK/YPG terror təşkilatı təhdidinin aradan qaldırılmasında və sonradan baş verə biləcək terror sızmalarına qarşı, eləcə də İsrail işğalı və müdaxilələrinə qarşı böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, türk PUA-ları İordaniya sərhədində keçmiş rejimin (Bəşər Əsəd – red.) əsas gəlir siyasətinə çevrilən narkotik ticarəti və Livandan gələn “Hizbullah” təhdidinə qarşı sərhəd təhlükəsizliyimizi təmin edəcək”.

Suriya rəsmisi Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirəcəklərini bildirib.

Məlumatda qeyd olunur ki, Türkiyənin bu ölkədə quracağı iki hərbi bazada Suriya ordusuna təlim keçiriləcək:

“Ərəb mənbələrinin məlumatına görə, Türkiyə və Suriya birgə müdafiə müqaviləsi imzalayacaq. Yaxın vaxtlarda imzalanması gözlənilən müqaviləyə əsasən, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə, Ankara Suriyaya kömək edəcək. Razılaşmada, həmçinin Türk Silahlı Qüvvələrinin Suriya ordusu və pilotlarına təlim keçməsi və Ankaranın Suriyada iki hərbi baza quracağı da vurğulanacaq.

Anlaşmanın digər bəndi isə Türkiyənin Suriya Hərbi Hava Qüvvələrinin qurulması tamamlanana qədər ölkənin suverenliyini hədəfə ala biləcək hər hansı hücumun qarşısını almaq üçün bu bazalarda 50 ədəd "F-16" döyüş təyyarəsinin yerləşdirilməsi ilə bağlı olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Fevral 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see209

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see192

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri