Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədləri açıla bilərmi? (ŞƏRH)

Türkiyə Ermənistan sərhədləri açıla bilərmi? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh sazişinin mətni yayıldıqdan sonra Türkiyə-Ermənistan arasındakı sərhədin açılma ehtimalı da müzakirə edilir. Araşdırmaçılar əmindirlər ki, iki ölkə arasında siyasi əlaqələrin qurulması Ermənistanda keçiriləcək yeni parlament seçkilərindən və Konstitusiya dəyişikliyindən sonra mümkün ola bilər. Bu baş verərsə, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün heç bir problem qalmır. 

Qeyd edək ki, Ermənistanda türk dünyası ilə əlaqələrin düzəldilməsinə tərəfdarlar olanların sayı artır. Türkiyə regionun ən böyük oyunçularından biridir və İrəvanda anlayırlar ki, Ermənistan savaşda məğlub olub və onların xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Ancaq bunun üçün Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddiasından vaz keçməlidir. Artıq İrəvan belə bir ödəlik götürüb.

Bu gün dünyada Azərbaycana, Gürcüstana, Ermənistana yönəlik siyasətdən daha çox Cənubi Qafqaza yönəlik siyasət müzakirə predmetinə çevrilib. Cənubi Qafqazın tək yolu Türkiyə ilə  inteqrasiyadır. Türkiyə Cənubi Qafqazı Rusiyanın caynağından almalıdır. Əlbəttə ki, bu məsələdə Ermənistan daha çox maraqlıdır. Qardaş Türkiyənin bu ölkə ilə sərhədlərini açması İrəvan üçün "xilas kəməri" kimi də dəyərləndirilə bilər. Artıq unudulan "Sürix protokolları" Ermənistan və Türkiyə üçün olduğu kimi Azərbaycan üçün də mənfəətlidir.

İlk növbədə Vaşinqtonun dəstəyi ilə sərhədlər açılarsa, Türkiyə Avropada ona qarşı irəli sürülən mənasız iddialardan birini aradan qaldırmış olacaq. Digər tərəfdən, Ankara Avropa Birliyinə inteqrasiya yolunda əsas şərt kimi Ermənistanla diplomatik münasibətlərin qurulması, soyqırımı iddiası ilə bağlı birgə komissiya yaradılması, Cənubi Qafqazda güc balansını dəyişib Türkiyənin öz təsirini genişləndirməsinə nail ola bilər. Ermənistan indiyə qədər Qarabağ danışıqlarında ona görə güzəştə getmirdi ki, bunun qarşısını Rusiya alırdı, artıq ermənilər məğlub olub və Moskva bölgədən sıxışdırıldı.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması isə imkan yarada bilər ki, Türkiyə gələcəkdə Ermənistanda nüfuz dairəsi formalaşdırsın, Ermənistan hərbi ritorikadan birdəfəlik əl çəksin. Ermənistan Rusiyanın diktəsilə deyil, daha sərbəst qərar verə bilərsə, bu, ermənilər üçün xilas ola bilər. Digər tərəfdən, bölgədə mühüm oyunçuya çevrilməkdə olan Ankara üçün İrəvanı ram eləmək olduqca vacibdir. Ehtimal etmək olar ki, ilkin mərhələdə Ankara İrəvan ilə ilkin diplomatik əlaqələri bərpa etmək niyyətində olacaq. Sərhədlərin açılması isə sonrakı mərhələyə saxlanılacaq. İqtisadi tənəzzüldə olan Ermənistan buna vadar olacaq. 

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan gənclərə müraciət edərək Azərbaycanla bağlanmış sülh müqaviləsinin tarixi əhəmiyyətini vurğulayıb. Bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. Simonyan bildirib ki, əldə olunan razılaşma ölkə üçün iqtisadiyyatın gücləndirilməsindən və təhsilin inkişafından tutmuş təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə qədər geniş perspektivlər açır.

"Sizin nəsil davamlı sülhün ən böyük qurucuları və qoruyucusu olacaq. İnanıram ki, birlikdə təhlükəsiz, ədalətli və firavan Ermənistan quracağıq. Burada sizin arzularınız məhdudiyyətlər, qeyri-müəyyənlik və qorxu olmadan həyata keçəcək", deyə Simonyan qeyd edib.

Siyasət şöbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri