Türkiyə F 16 ları Azərbaycana göndərir
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı iştirak edəcək.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.
"Azərbaycanın Zəfər Günü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə Türkiyə Respublikasının Prezident Qvardiyasının nümayəndə heyəti və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı da iştirak edəcək", - o qeyd edib.
Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.
Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:Türkiyə bu ölkəyə F 16 təyyarəsi göndərir
08 Mart 2026 23:38
Türkiyə F 16 ları Azərbaycanda Foto
28 Aprel 2026 16:21
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya F 16 qırıcıları göndərir
27 İyul 2026 08:33
Türkiyə F 16 ları Suriyaya yerləşdirir Mühüm saziş
03 Fevral 2025 09:59
SON DƏQİQƏ! Türkiyə F 16 ları BAKIDA KONKRET
06 Noyabr 2025 13:39
Baxış sayı:188
Bu xəbər 06 Noyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















