Türkiyə buna görə uduzur ölkəni qarışdıran iddia
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya çempionatında oynadığı hər iki matçda məğlub olan futbol üzrə Türkiyə yığma komandasının uğursuz çıxışının səbəbi məlum olub.
Metbuat.az xəbər verir ki, Türkiyənin idman mediası sensasiya sayılacaq iddia ilə çıxış edib. Yerli mətbuatın yazdığına görə, komandanın baş məşqçisi Vinçentso Montella futbolçular arasında nüfuzunu itirdiyi üçün əsas heyətin formalaşmasında hər hansı rola malik deyil.
Türkiyə mediası iddia edib ki, hazırda yığmada baş məşqçi funksiyasını qeyri-rəsmi olaraq Hakan Çalhanoğlu və Merih Demiral həyata keçirir. Orkun Kökçü və Ozan Kabak kimi ulduz futbolçuların əsas heyətdə yer almaması bu amillə əlaqələndirilir.
"Mən Orkunla deyil, İsmail Yüksellə oynamaq istəyirəm. Mənim dediyim olmalıdır", - Türkiyə KİV-nin yazdığına görə, bu bəyanatla kapitan Hakan Çalhanoğlu çıxış edib.
Qardaş ölkə mətbuatının iddiasına görə, baş məşqçi Vinçentso Montella komanda üzərində söz sahibi olmadığı üçün oyunçular arasında intriqa yaranıb və bu da uğursuz nəticələrə gətirib çıxarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 İyun 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















