Icma.az
close
up
RU
Türkiyə bunu gözləmirdi: Orduya daxil edildi, liderləri qovulsun deyildi Suriyada kürd skandalı

Türkiyə bunu gözləmirdi: Orduya daxil edildi, liderləri qovulsun deyildi Suriyada kürd skandalı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Suriya hökumət qüvvələri ilə YPG/SDQ arasında atəşkəsin imzalanması formal olaraq silahlı toqquşmaların dayandırılması və mülki əhalinin təhlükəsizliyi baxımından müsbət addım kimi görünə bilər. Lakin razılaşmanın bir sıra spesifik bəndlərinə nəzər saldıqda, onun siyasi və hüquqi nəticələrinin Suriyanın dövlət suverenliyi baxımından ciddi risklər yaratdığı aydın olur.

Razılaşmanın 1-ci bəndinə əsasən, Suriya hökumət qüvvələri ilə YPG/SDQ arasında bütün cəbhələrdə dərhal və hərtərəfli atəşkəs elan edilir, Fərat çayının şərqindəki bütün SDQ hərbi birləşmələri geri çəkilir. Bu bənd silahlı qarşıdurmanın sona çatmasını nəzərdə tutsa da, daha ciddi bir problemi üzə çıxarır. Çünki atəşkəs yalnız müharibə aparan tərəflər arasında imzalanır. Suriya hökumətinin öz beynəlxalq səviyyədə tanınmış ərazisində fəaliyyət göstərən silahlı bir qurumla rəsmi atəşkəs razılaşması imzalaması faktiki olaraq YPG/SDQ-ni daxili silahlı qrup statusundan çıxararaq siyasi-hərbi tərəf səviyyəsinə yüksəldir. Bu isə Dəməşqin YPG/SDQ-ni özünə tabe olan qeyri-qanuni silahlı birlik kimi deyil, ayrıca aktor kimi qəbul etdiyini göstərir.

Razılaşmanın 5-ci bəndində SDQ-nin hərbi və təhlükəsizlik əməkdaşlarının müəyyən təhlükəsizlik yoxlamalarından, rütbələrin tanınmasından, maliyyə və logistik təminatdan sonra Suriya Müdafiə və Daxili İşlər nazirliklərinin strukturlarına tam inteqrasiyası nəzərdə tutulur. 10-cu bənddə isə milli tərəfdaşlığın təmin edilməsi məqsədilə SDQ rəhbərliyi tərəfindən mərkəzi hökumət strukturlarında yüksək rütbəli hərbi, təhlükəsizlik və mülki vəzifələrə təqdim edilən namizədlər siyahısının qəbul edilməsindən bəhs olunur.

Formal baxımdan bu addımlar dövlət nəzarətinin bərpası və silahlı qrupların mərkəzləşdirilməsi kimi görünə bilər. Lakin praktiki müstəvidə bu bəndlər Suriyanın milli təhlükəsizliyi üçün yüksək risklər daşıyır.

Dəməşq rəhbərliyinin daxili planı

Əvvəla, Suriya rəhbərliyi SDQ-nin silahı tam şəkildə yerə qoymayacağını və struktur olaraq dağılmayacağını yaxşı bildiyi üçün onu neytrallaşdırmaq əvəzinə dövlət institutlarının daxilinə almağa üstünlük verir. Bu isə problemin həlli deyil, onun dövlət aparatının daxilinə transferi deməkdir. Dövlətə qarşı silah qaldırmış və xarici aktorlarla sıx əlaqələrə malik olan bir qurumun ləğv edilmədən ordu və təhlükəsizlik sisteminə daxil edilməsi “dövlət içində dövlət, ordu içində ordu” modelinin formalaşmasına zəmin yaradır. SDQ gələcəkdə siyasi və ya hərbi müstəvidə müstəqillik və ya muxtariyyət elan edərsə, Suriya dövləti onlara qarşı effektiv hərbi tədbirlər görməkdə ciddi çətinliklə üzləşəcək. Çünki bu halda Dəməşq faktiki olaraq iki SDQ ilə mübarizə aparmalı olacaq: biri açıq şəkildə qarşısında olan silahlı qüvvə, digəri isə ordunun və təhlükəsizlik strukturlarının daxilində mövcud olan elementlər.

Razılaşmanın ən təzadlı və eyni zamanda ən riskli müddəaları 11-ci və 12-ci maddələrdə öz əksini tapır. Bu iki maddə zahirən bir-birini tamamlayan hüquqi və təhlükəsizlik mexanizmləri kimi təqdim olunsa da, mahiyyət etibarilə ciddi ziddiyyətlər və sui-istifadə imkanları yaradır.

11-ci maddədə kürdlərin mədəni və dil hüquqlarının tanınması, son onilliklər ərzində qeydiyyatsız qalmış və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun həlli, eləcə də mülkiyyət hüquqları məsələlərinin 2026-cı il tarixli 13 nömrəli Prezident fərmanı çərçivəsində tənzimlənməsi alqışlanır. Bu müddəa faktiki olaraq SDQ-nin nəzarətində olan ərazilərdə yaşayan və uzun müddət vətəndaşlıq statusu olmayan kürdlərə Suriya vətəndaşlığının verilməsinin hüquqi əsasını formalaşdırır.

Gələcəyə yönəlik təhlükə

12-ci maddədə isə SDQ-nin “suverenliyi və regional sabitliyi təmin etmək” adı altında Suriyadan olmayan bütün liderləri və Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərini Suriya Ərəb Respublikasının ərazisindən çıxarmağı öhdəsinə götürdüyü bildirilir. Əsas risk ondan ibarətdir ki, SDQ bu mexanizmdən selektiv və manipulyativ şəkildə istifadə edə bilər. Belə ki, Suriyaya real sadiqliyi olan və ya siyasi baxımdan SDQ üçün ikinci dərəcəli əhəmiyyət daşıyan şəxslər “PKK üzvü” və ya “Suriyadan olmayan lider” adı altında ölkədən çıxarıla bilər. Eyni zamanda PKK ilə faktiki, ideoloji və ya əməliyyat əlaqələri olan şəxslər isə 11-ci maddə çərçivəsində Suriya vətəndaşlığı alaraq hüquqi baxımdan legitimləşdirilə bilər. Bu isə bir tərəfdən Suriyanın vətəndaşlıq institutunun təhlükəsizliyini zəiflədir, digər tərəfdən isə ölkə daxilində təhlükəsizlik riski daşıyan elementlərin hüquqi cəhətdən qorunmasına şərait yaradır. Nəticədə Suriya dövləti hansı şəxsin real PKK üzvü, hansının isə sadəcə siyasi etiketlə hədəf alındığını müəyyən etməkdə çətinlik çəkə bilər.

13-cü maddə isə faktiki olaraq ABŞ-ın Suriyadakı hərbi və siyasi varlığının davamlılığını, eləcə də SDQ-ni qoruma və himayə etmə məqsədini bir daha açıq şəkildə təsdiqləyir. Maddəyə əsasən, Suriya dövləti regionda təhlükəsizlik və sabitliyi təmin etmək üçün ABŞ-la əlaqələndirilmiş şəkildə Beynəlxalq Koalisiyanın fəal üzvü kimi terrorizmə, xüsusilə də İŞİD-ə qarşı mübarizəni davam etdirməyi öhdəsinə götürür.

Vaşinqtonun mövqeyi

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ İŞİD-ə qarşı mübarizəni real olaraq kürd silahlı qüvvələri, yəni YPG/SDQ vasitəsilə aparır. Məhz bu əməkdaşlıq SDQ-nin hərbi, texniki və siyasi baxımdan bu qədər güclənməsinin əsas səbəbi olub. ABŞ-ın bu mübarizənin davamını rəsmi atəşkəs razılaşmasının tərkib hissəsinə çevirməsi Vaşinqtonun Suriyada “mən hələ buradayam” mesajı kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, bu maddə ABŞ-ın SDQ-ni faktiki olaraq öz protektoratı kimi gördüyünü də ortaya qoyur. Çünki SDQ-nin mövcudluğu və təhlükəsizliyi birbaşa Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasına bağlanır. Beləliklə, SDQ-yə qarşı istənilən hərbi və ya siyasi təzyiq avtomatik olaraq ABŞ maraqlarına toxunan məsələ kimi təqdim oluna bilər.

Bu vəziyyət yalnız Suriya hakimiyyəti üçün deyil, eyni zamanda Türkiyə üçün də ciddi strateji mesaj daşıyır. Dəməşq baxımından bu maddə ölkənin suveren qərarvermə imkanlarının məhdudlaşdırıldığını göstərir. Ankara üçün isə ABŞ-ın YPG/SDQ-ni regional təhlükəsizlik arxitekturasının ayrılmaz elementi kimi qəbul etdiyini və bu strukturu qorumaqda israrlı olduğunu göstərən açıq siqnaldır.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri