Türkiyə Cənubi Qafqazda sabitlik üçün diplomatiyanın bütün imkanlarından istifadə edir Ərdoğan
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatik vasitələrdən tam şəkildə istifadə edir.
"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı səsləndirib.
Türkiyə lideri vurğulayıb ki, Ankara yalnız bölgədə deyil, qlobal səviyyədə də sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirir. O, xüsusilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.
Görüşdə Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin normallaşması üçün atıla biləcək növbəti addımları da müzakirə ediblər. Tərəflər eyni zamanda İsrail və İran arasında artan hərbi gərginlik barədə də fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 20 İyun 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















