Icma.az
close
up
RU
Türkiyə dənizlərə hökmranlıq EDƏCƏK

Türkiyə dənizlərə hökmranlıq EDƏCƏK

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qlobal iqtisadi və ideoloji meylləri araşdıran “Yeni Qaydalar” strategiya mərkəzi "Türkiyə geosiyasətinin təhlili" adlı araşdırma sənədi yayıb. 

Modern.az sənədin əsas müddəalarını təqdim edir:

Ərdoğan Türkiyəni böyük dəniz gücünə çevirir. Bu, diqqətdən kənarda qalsa da, böyük geosiyasi təsirləri ola bilər. 

Türkiyə donanması üçün hazırda tamamilə yerli gəmilər də daxil olmaqla 31 döyüş gəmisi tikilir:

təyyarə gəmisi

idarə olunan raket esminesləri

çoxməqsədli freqatlar

sualtı qayıqlar

sualtı dronlar.

Bu yeni döyüş gəmiləri güclü olan Türkiyə donanmasına böyük dəstək verəcək. 

“World Guide to Modern Military Warships” jurnalının məlumatına görə, Türkiyə Yaxın Şərqin ən güclü donanmasına, dünyanın isə 10-cu donanmasına sahibdir. Bununla belə, Türkiyənin dəniz gücü təkcə yeni döyüş gəmilərindən ibarət deyil.

Türkiyənin Qətər, Somali və Liviyada bazaları var. Türk gəmiləri Aralıq, Egey və Qara dənizlərdə patrul reydləri aparır.

Türkiyənin güclü dəniz donanmasına və xaricdəki bazalarına niyə ehtiyacı var?

Bu sualın cavabı Türkiyənin “Mavi Vətən” strateji doktrinasındadır.

Bu doktrinaya görə, Türkiyə Şərqi Aralıq dənizi və Qara dənizin böyük ərazilərini dəniz məkanı hesab edir. “Mavi Vətən” doktrinası bir neçə hədəfə nail olmaq məqsədi daşıyır:

1) Türkiyəni dənizdən müdafiə ilə təmin etmək

2) Strateji dəniz ticarət yollarına nəzarətin təmin edilməsi

3) Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatlarına nəzarətin təmin edilməsi.

Şərqi Aralıq dənizi enerji ehtiyatları ilə zəngindir. ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, bölgədə 122,4 trilyon kubfut texniki cəhətdən çıxarıla bilən təbii qaz var. Türkiyə bu "tortdan" payını almaq istəyir.

Ancaq məsələ bununla bitmir.

Türkiyə Liviya sahillərində enerji kəşfiyyatı aparmağı planlaşdırdığını açıqlayıb.

Liviyanın neft və qaz ehtiyatları təxminən 48 milyard barel xam neft və 52 trilyon kub fut qaz səviyyəsində qiymətləndirilir. Amma Türkiyənin enerji hədəfləri Aralıq dənizindən kənara çıxır.

 2024-cü ildə Türkiyə Somali sahillərində neft və qaz kəşfiyyatına başlamaq üçün iki böyük müqavilə imzaladı.

Somalinin təxminən 30 milyard barel neft və qaz ehtiyatına malik olduğu təxmin edilir.

Gördüyümüz kimi, Türkiyənin enerji hədəfləri Şərqi Aralıq dənizindəki yaxın ətrafı ilə məhdudlaşmır.

Türkiyə Liviya və Somali vasitəsilə Afrikada enerji bazası qazanmağa çalışır.

Türkiyənin Şərqi Aralıq dənizi və Egeydəki dəniz gücü NATO üzvü Yunanıstanı narahat edir. Misir və İsrail də Türkiyənin dəniz hədəflərinə ehtiyatla yanaşır. Türkiyə yüksək enerji hədəflərini reallığa çevirmək istəyir.

Hazırladı: Nigar Ögeday

Türkiyə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2025 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri