Icma.az
close
up
RU
Türkiyə “dövlətciyə görə hücuma hazırlaşır 400 minlik qoşunla yeni müharibə

Türkiyə “dövlətciyə görə hücuma hazırlaşır 400 minlik qoşunla yeni müharibə

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Suriya daxilində hərbi aktivlik yenidən pik həddə çatıb. Bildirilir ki, Suriya ordusu PKK-nın buradakı qolu YPG-SDQ (Suriya Demokrtatik Qüvvələri) strukturlarına verilmiş müddətin bitməsi ərəfəsində genişmiqyaslı əməliyyat üçün hazırlıqlarını tamamlayıb. SDQ-nin özünü ləğv edib Suriya ordusuna inteqrasiya olması üçün verilən müddət 15 günə bitir.

Fərqli ssenariyə qarşı Türkiyənin bu istiqamətə təxminən 7 diviziya və 80 min əsgər göndərməsi planlaşdırılır. Bunların fonunda terror qruplaşması da “400 minlik qoşunla” müharibəyə hazır olduqlarını bəyan edib.

Türkiyə yeni və dağıdıcı müharibəyə başlayır?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, mətbuatda yayılan bu məlumatlar Suriyada yeni, daha sərt mərhələyə keçidin anonsu kimi oxunmalıdır:

“Proses bir neçə paralel hədəfə hesablanıb və təkcə SDQ-yə qarşı lokal əməliyyat deyil, regional güc balansının yenidən tənzimlənməsi kontekstində qiymətləndirilməlidir.

Ankaranın istinad etdiyi 10 mart razılaşması mahiyyət etibarilə bu çərçivəyə dayanır:

1.SDQ-nin PKK ilə üzvü bağlarını kəsməsi;

2.Silahlı strukturların özünü ləğv etməsi;

3.Qanuni mexanizmlə Suriya Ərəb Ordusuna inteqrasiya;

4.Türkiyə sərhədləri boyunca terror təhlükəsinin aradan qaldırılması”.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “10 mart razılaşması mütləq tətbiq olunmalıdır” sözləri ilə açıq şəkildə “siyasi proses başa çatır, hərbi faza riski yüksəlir” mesajını verir:

“Bir müddət əvvəl Türkiyə qoşunlarının Suriyaya daxil olması görüntüləri yayınlandı. Rəsmi qurumlar bunun mövcud qoşunların yerdəyişməsi kimi təqdim etdilər.

Ancaq 7 diviziya, 80 min əsgər göndərilməsi adi təzyiq deyil. Yəni belə bir miqyasda ordu məhdud sərhəd əməliyyatı yox, uzunmüddətli nəzarət və ya böyük təmizləmə əməliyyatı ehtimalını gücləndirir.

Anar İsayev

Bu qüvvə ilə Türkiyə SDQ-nin komanda infrastrukturunu, neft yataqları və logistika xətlərini, ABŞ-la qurulmuş “faktiki muxtariyyət zonasını” tam dağıtmaq potensialına malikdir. Qeyd edim ki, Türkiyənin belə böyük miqyasda qoşun göndərməsində əsas hədəfləri bunlar ola bilər:

a) PKK-nın Suriyadakı “dövlətcik” layihəsini bitirmək

Ankara üçün SDQ etnik kürd qurumu deyil, PKK-nin Suriya qolu və dövlətə çevrilmə cəhdidir. Bu cəhd Türkiyənin cənub sərhədlərində ikinci Qandil deməkdir.

b) ABŞ-a mesaj

SDQ ABŞ tərəfindən dəstəklənir. Türkiyə faktiki olaraq demək istəyir ki, vaxt bitdi – ya siyasi həll, ya hərbi reallıq.

Bu, Vaşinqtonla münasibətlərdə ciddi sınaqdır.

c) Dəməşqə təzyiq.

Suriyanın mərkəzi hökuməti ABŞ-la açıq toqquşmadan çəkindiyindən, hələ də SDQ-ni nəzarətə ala bilməyib. Ona görə də Türkiyə göstərmək istəyir ki, “əgər inteqrasiya olmazsa, məsələni biz həll edəcəyik”.

Ancaq hazırkı vəziyyətdə Ankara ilə Dəməşq arasında örtülü koordinasiyanın olması mümkündür. Görünən odur ki, ən azı birbaşa toqquşma istənilmir. Əgər Suriya ordusu əməliyyata neytral qalsa, Türkiyə irəliləyəcək, dolayı dəstək versə, SDQ tam sıxışdırılacaq.

Sözügedən münaqişə nəyə hesablanıb?

Burada 3 mümkün ssenari ola bilər:

1.Təslim və inteqrasiya (ən az itki ilə) prosesində SDQ özünü buraxır və yerli qüvvələr Suriya ordusuna daxil edilir, PKK kadrları çıxarılır. Bu, Türkiyə üçün ən arzuolunan ssenaridir.

2.ABŞ faktorunu nəzərə alaraq məhdud, amma sərt hərbi əməliyyat vasitəsilə kritik bölgələr vurulur, rəhbərlik sıradan çıxarılır, SDQ zəiflədilir, amma tam yox edilmir.

3.Genişmiqyaslı müharibə

Türkiyə–SDQ–ABŞ qarşıdurması və regionda yeni destabilizasiya yaranır, belə olduğu halda İran və Rusiya faktorları işə düşür. Bu ən riskli, amma müddətin bitməsi ilə əlaqədar ehtimalı artan ssenaridir.

Yekun olaraq qeyd edim ki, bu proses Suriyanın şimalında status-kvonun bitdiyini, SDQ-nin artıq “toxunulmaz” olmadığını və ən əsası Türkiyənin diplomatik səbrinin tükəndiyini göstərir. Əslində Ankara “bu son çağırışdır” mesajını verir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri