Icma.az
close
up
RU
Türkiyə ekologiyanın qorunmasında mühüm proqramlar icra etdiyi üçün COP31ə ev sahibi ola bilər

Türkiyə ekologiyanın qorunmasında mühüm proqramlar icra etdiyi üçün COP31ə ev sahibi ola bilər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Türkiyə COP31-in Türkiyədə keçirilməsi üçün namizəldiyini irəli sürüb. Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, Türkiyə COP31 sədrliyi üçün bütün dost və qardaş ölkələrdən dəstək gözləyir.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına Türkiyənin COP31-ə sədrliklə bağlı düşüncələrini bölüşüb. Politoloq bildirib ki, COP31-in Türkiyədə keçirilməsi ilə rəsmi Ankara tərəfindən namizədliyi irəli sürülüb. Məhəmməd Əsədullazadə hesab edir ki, tərəfdaş ölkələr və Türkiyənin dostları COP31-in Türkiyədə keçirilməsinə səs verə bilər.

Məhəmməd Əsədullazadə

“Dünya dövlətləri gördü ki, Türkiyənin qardaşı və müttəfiq olan Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirir. Bəzi dövlətlər çalışdı ki, COP29-u boykot etsin. Bu da baş tutmadı. Türkiyənin hazırda artan beynəlxalq nüfuzu və regional güc olması böyük ölkələri narahat edir. Fransa və Amerika kimi ölkələr istəyə bilər ki, Türkiyə bu tədbirə ev sahibliyi etməsin. Amma Türkiyənin dostları daha çoxdur və düşünürəm ki, dost və qardaş ölkələr dəstək versələr, COP31 Türkiyədə keçirilə bilər.

Təbii ki, Türkiyə ekologiyanın qorunması, yaşıllığın və dənizlərdə ekologiyanın qorunması istiqamətində mühüm işlər həyata keçirir. Türkiyə turizm ölkəsidir və turizm ölkəsi olaraq təbiətin qorunmasında önəmli rol oynayır. Təkcə Türkiyə ərazisindən deyil, Yaxın Şərqdə beynəlxalq müstəvidə ekoloji proqramlar həyata keçirir və böyük maliyyə də ayırır. Türkiyənin də iri neft qaz layihələrində olmaması imkan verir ki, Türkiyə belə bir tədbirə ev sahibliyi etsin”-deyən politoloq bildirib ki, həmçinin Türkiyə yaşıl enerjinin inkişafı istiqamətində layihələr həyata keçirir.

Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyə COP31-ə ev sahibliyi edərsə, dünyada iqlimin dəyişikliklərinin qarşısının alınması üçün proqramların hazırlanmasına və daha çox vəsaitin ayrılmasına çalışa bilər. Politoloq vurğulayıb ki, Türkiyə ekoloji böhranın qarşısını ala biləcək gücdədir və Türkiyə hökuməti bu istiqamətdə uğurlu siyasət həyata keçirə bilər.

“Biz görürük ki, müsəlman və Türk ölkələri bu tədbirə ev sahibliyini Qərb ölkələr ilə müqayisədə daha dürüst və daha səmimi keçirir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri