Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 7 oktyabr, AZƏRTAC
Orta Dəhliz sadəcə fəal siyasi müzakirə mövzusu deyil, həm də investisiya tələbləri, ticarət həcmləri, yükdaşıma müddəti və iqtisadi təsirə hesablanmış real beynəlxalq nəqliyyat layihəsidir. Bu marşrut Türk dünyasının transformasiyası üçün dəyərli başlanğıc nöqtəsinə, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əlaqələrin möhkəmləndirilməsinə töhfəyə və Avrasiyada yeni tərəfdaşlıqların qurulması üçün stimula çevrilə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri Ankaradakı TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Ali Oğuz Diriöz “Independent Türkçe” qəzetində dərc olunmuş məqaləsində ifadə edib.
Onun fikrincə, Orta Dəhlizin effektivliyi təkcə Türkiyə və ya Azərbaycan kimi ayrı-ayrı ölkələrin töhfəsindən deyil, həm də Asiyadan Avropaya qədər bütün zəncirin uğurlu fəaliyyətindən asılıdır.
TOBB mühazirəçisi qeyd edib ki, Orta Dəhlizi yalnız dəmir yollarının, limanların və konteyner daşıma sisteminin birləşməsi kimi görmək səhv olardı. “Dünya Bankının 2026-cı il hesabatında sərhəd keçidlərini asanlaşdıran, dəmir yolu və dəniz nəqliyyatı xidmətlərini əlaqələndirən və ölkələr arasında birgə idarəetmə mexanizmləri yaradan vahid rəqəmsal sistemin inkişafına xüsusi diqqət yetirilir”, - deyə o xatırladıb.
Türkiyəli ekspert ortaq tarix, dil və mədəniyyət zəminində əməkdaşlığı daha da genişləndirən TDT-nin artan roluna diqqət çəkib: “Türk dövlətlərinin qarşılıqlı təsiri getdikcə daha geniş məna kəsb edir. Bu ilin 3 oktyabr tarixinə olan məlumata görə, TDT daxilində siyasi dialoq, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rəqəmsallaşdırma, süni intellekt, səhiyyə, ətraf mühit, təhsil və təhlükəsizlik də daxil olmaqla 64 müxtəlif əməkdaşlıq mexanizmi razılaşdırılıb ki, bu da təşkilatın yalnız mədəni yaxınlıqla müəyyən edilən bir platforma olmaqdan kənara çıxdığını göstərir”.
Ankara universitetlərindən birinin dosenti əmindir ki, qarşıdakı dövrün əsas məsələsi TDT-nin institusional potensialının Avrasiyadakı proseslərə nə dərəcədə aktiv təsir göstərəcəyidir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















