Türkiyə Futbol Federasiyası əsgər salamına görə UEFAya şikayət etdi
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Futbol Federasiyası (TFF) "Makkabi"nin (Təl-Əviv) futbolçusu Qabriel Kaniçovskidən UEFA-ya şikayət edib.
Sitat.info xəbər verir ki, israilli futbolçu ötən həftə Avropa Liqasının 5-ci turunun "Beşiktaş"a qarşı keçirilən oyununda qol vurub və bundan sonra "əsgər salamı" verib.
TFF hesab edir ki, Qabriel Kaniçovskinin bu addımı siyasi məna daşıyır, düşüncəsiz hərəkətdir və açıq mesaj vermək məqsədi güdüb. Bu səbəbdən federasiya UEFA-nın Etik və İntizam Komitəsindən adıçəkilən futbolçuya və klubuna qarşı intizam işi açılmasını xahiş edib.
Qeyd edək ki, Macarıstanda keçirilən matç "Makkabi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baxış sayı:117
Bu xəbər 05 Dekabr 2024 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















