Türkiyə futbolunda qumar qalmaqalı böyüyür: Siyahıda futbolçular və klub rəhbərləri də var
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 oktyabr, AZƏRTAC
Türkiyədə bir sıra futbolçuların mərc oyunlarında iştirak etdiyi iddia olunur.
AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı hakimlərlə yanaşı, futbolçuların və klub rəhbərlərinin fəaliyyətləri də təhlil edilib.
Siyahıda bir çox tanınmış oyunçunun adının yer aldığı bildirilir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında bildirib ki, Türkiyədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara start verib. Rəsmilər son 5 ilin bütün məlumat və qeydlərinin araşdırılacağını açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 28 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















