Türkiyə futbolunda qanunsuz mərc qalmaqalı böyüyür
Icma.az bildirir, Olke.az portalına istinadən.
Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan təhqiqat çərçivəsində hakimlər və klub rəhbərlərindən sonra futbolçuların da ifadələri alınacaq.
"Ölkə.az" bu barədə "TGRT Haber" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, qarşıdakı həftə təqribən 600 futbolçu dindiriləcək.
Təhqiqat məlumatlarına görə, futbolçular, baş məşqçilər və klub rəhbərləri Albaniya, Bolqarıstan və Şimali Kipr kimi ölkələrdə qanunsuz mərc saytları vasitəsilə mərc oyunlarında iştirak ediblər.
Bu hal İnterpolun təhqiqata qoşulmasına gətirib çıxarıb. Təhqiqat futbol dünyasında önəmli simaları da əhatə edə bilər.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun "371 hakimin mərc hesabı var, 152-si isə aktiv şəkildə mərc oynayır" şəklində verdiyi açıqlamadan sonra İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 09 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















