Türkiyə gələn il yerli qatar istifadəyə verməyi hədəfləyir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul, 5 noyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyə dəmir yollarında yerli istehsalın artırılması yolu ilə gələn il saatda 160 kilometr sürətə malik 9 elektrikli qatar və saatda 225 kilometrə çata bilən qatar dəstini istifadəyə verməyi hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu çərçivədə yerli istehsalı daha effektiv şəkildə dəstəkləməsi təmin ediləcək, dizayn və AR-GE fəaliyyəti təşviq olunacaq.
Həmçinin “Coco Oxa Tərtibatlı Milli Lokomotiv Platforması Layihəsi” çərçivəsində nəqliyyat və logistika sektorunda ətraf mühitə təsirlərin, eləcə də xərclərin minimuma endirilməsi, həmçinin enerji səmərəliliyinin artırılması məqsədilə dəmir yolu və dəniz nəqliyyatına üstünlük veriləcək.
Bununla yanaşı Milli Elektrikli Sürətli Qatar Dəsti İstehsal və Sınaq zavodunun tikinti işlərinə başlanılıb. 15 min kvadratmetr sahəyə malik olacaq zavodun ölkə iqtisadiyyatına ildə təxminən 3,5 milyard lirə həcmində töhfə verməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 05 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















