Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Türkiyə Hərbi Təyyarəsi havada vurulub? YENİ AÇIQLAMA

Türkiyə Hərbi Təyyarəsi havada vurulub? YENİ AÇIQLAMA

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin bütün heyət üzvləri həlak olub.

Hazırda sosial mediada qəzanın başvermə səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs Türkiyə təyyarəsinin qəzaya uğramasına nə səbəb ola bilər?

Moderator.az-a danışan ünya Türk Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan ortaq maraqlara və taleyə malik ölkələrdir. O qeyd edib ki, bu üç ölkə Azərbaycanın Qarabağ zəfərini birlikdə qeyd edib və dünyaya birlik mesajı veriblər:

“Dünən Türkiyənin hərbi təyyarəsi qəzaya uğradı, Pakistanda isə terror hadisəsi  baş verdi.

Aviasiya tarixində bu tip “C-130” və ya başqa yük təyyarəsinin bu cür qəza halları qeydə alınmayıb.

Təyyarə havada qanad, quyruq və “kokpit” hissələrinə ayrılıb.

Qəza anının videosuna dəfələrlə baxmışam – görünür, qanad hissəsi gövdəyə birləşən yerlərdən qopub.

Aviasiya mütəxəssisləri bunun texniki nasazlıqdan qaynaqlana biləcəyini istisna etmirlər, lakin bu cür hadisənin eyni anda iki hissədə baş verməsi çox az ehtimal olunur.

Adi texniki problem nəticəsində təyyarənin bu şəkildə parçalanaraq yerə çırpılması mümkün deyil.

Oxuduğum bir qaynaqda qeyd olunurdu ki, əgər təyyarə tüstü buraxa-buraxa və fırlanaraq yerə çırpılırsa, bu, onun vurulduğuna işarədir. Əgər təyyarə quyruq hissəsindən zədələnibsə, bu cür hərəkətlə yerə enər. Hadisənin baş verdiyi ərazi də strateji baxımdan olduqca əhəmiyyətlidir.

“C-130” modeli, qəza riski ən aşağı olan hərbi təyyarələrdən biridir. Bu tip təyyarələr  ağır texnika, o cümlədən tank da daşıya bilir və 40 ildən artıq xidmət müddətinə malikdir.

Təyyarənin havadakı güclü hava axınları və ya dalğalanmalar səbəbindən idarəetməni itirməsi və tam nəzarətdən çıxması demək olar ki, mümkünsüzdür. Mütəxəssislər qeyd edirlər ki, Türkiyə Hərbi Hava Qüvvələri texniki qulluq və təmir məsələlərinə son dərəcə ciddi yanaşır. Bu səbəbdən də, hadisəni adi bir qəza kimi qiymətləndirmək çətindir”.

Selçuk Düzgün qeyd edib ki, təyyarənin qara qutusu oxunmadan qəzanın səbəbi barədə qəti fikir söyləmək düzgün olmaz. Lakin bütün əlamətlər ya təyyarənin havaya qalxmadan əvvəl üzərində müəyyən dəyişikliklərin edildiyini, ya da havada vurulduğunu göstərir:

“Əgər təyyarə havada vurulubsa, bu, müəyyən hərbi zəiflik kimi qiymətləndirilə bilər. Amma əgər təyyarə qalxmazdan əvvəl ona qarşı xüsusi əməliyyat həyata keçirilibsə – bu, artıq çox ciddi və təhlükəli vəziyyətdir. Belə bir hal varsa, bu, xarici kəşfiyyat şəbəkələrinin ölkələrimizə sızmasının bariz göstəricisidir. Bu kontekstdə bölgədə baş verən proseslərə diqqət yetirdikdə, bir neçə xarici qüvvənin Türkiyə və Azərbaycan üzərindən uzun müddətdir bu istiqamətdə fəaliyyət göstərdiyi açıq şəkildə görünür. Həmin qüvvələrin ölkələrimizə qarşı tətbiq etdiyi yeni müharibə üsulları da məhz bu cür terror və sui-qəsd xarakterli hücumlardır. Mən hesab edirəm ki, bundan sonra da bu tip hadisələrin təkrarlanması mümkündür. Hər iki ölkə bu istiqamətdə genişmiqyaslı təhlükəsizlik tədbirləri görməli, belə halların qarşısını almaq üçün kəşfiyyat sahəsində daha ciddi addımlar atmalıdır”.

Selçuk Düzgün sonda şəhid olan hərbçilərə dərin hüznlə başsağlığı verib:

“Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun.”

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri