Türkiyə ilə bağlı gündəmi silkələyən iddia İran elə bir silahla vurulacaq ki…
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-la İsrailin İran və Yaxın Şərqdə istifadə etdiyi bəzi bombaların istehsalı Türkiyə mərkəzli şirkətlə əlaqələndirilir.
Turkustan.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, ABŞ Dövlət Departamentinin saytında yayımlanan hesabatda İrana qarşı istifadə oluna biləcək sığınacaqdeşən “BLU-110A” və “BLU-110B” tipli sursatların istehsalının 151,8 milyon dollar dəyərində “Repkon” ABŞ şirkətinə həvalə edildiyi qeyd olunub.
1978-ci ildə İstanbulda yaradılmış “Repkon” şirkəti ABŞ-da döyüş sursatı istehsal xətlərinin qurulması üzrə layihələr həyata keçirib. Şirkət ABŞ-da 155 min kvadratmetr sahədə sursat istehsalı xətlərinin qurulması ilə bağlı layihələrdə iştirak edib.
Məlumata əsasən, 2024-cü ilin noyabrında şirkət ABŞ ofisi üçün 435 milyon dollar dəyərində TNT partlayıcı maddələrinin istehsalını nəzərdə tutan layihə əldə edib. Bu texnologiya raket və bombaların partlayış mexanizmlərinin hazırlanmasında istifadə olunur.
Həmçinin bildirilir ki, 2025-ci ildə şirkət ABŞ-da MK-80 seriyalı bombaların istehsalı ilə məşğul olan müəssisəni satın alıb və bu sahədə ABŞ-ın “General Dynamics” şirkəti ilə əməkdaşlıq edir.
Texas ştatında qurulan yeni istehsal xətlərində aylıq təxminən 30 min ədəd döyüş sursatının istehsalının planlaşdırıldığı qeyd olunur./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 08 Mart 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















