Türkiyə ilə müttəfiqliyimizi daha da inkişaf etdirmək əsas prioritetimizdir Ceyhun Bayramov
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın ölkəmizə növbəti səfəri çərçivəsində Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik vəziyyəti ətrafında faydalı fikir mübadiləsi apardıq.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Hər zaman bir-birinin yanında olan ölkələrimiz arasında möhkəm qardaşlıq və dostluğa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiqliyimizin daha da inkişaf etdirilməsi əsas prioritetimizdir.
Həmçinin, həmkarımı postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin son durumu barədə ətraflı məlumatlandırdım.
Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından imtina etməsinin sülh prosesinin əsas şərti olduğunu vurğuladım",- nazir qeyd edib.
Baxış sayı:65
Bu xəbər 18 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















