Türkiyə ilə sərhədlərin tanınması problemi yoxdur Paşinyan
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədlərin hüquqi baxımdan tanınması ilə bağlı problemin olmadığını bildirib. O, iki ölkə arasında diplomatik münasibətlərin yaxın vaxtlarda qurulacağına əminliyini ifadə edib.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə Dünya Erməni Sammiti – 2026-da Ermənistan-Türkiyə sərhədinin de-yure statusu ilə bağlı suala cavab verərkən danışıb.
Baş nazir bildirib ki, keçmiş Sovet İttifaqının İran İslam Respublikası və Türkiyə ilə sərhədləri hüquqi baxımdan qüvvədədir.
“Keçmiş Sovet İttifaqının İran İslam Respublikası və Türkiyə ilə sərhədləri de-yure fəaliyyət göstərir. Yəni ərazinin tanınmaması problemi yoxdur, belə bir məsələ mövcud deyil”, – Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar. Bununla belə, o, yaxın vaxtlarda iki ölkə arasında diplomatik əlaqələrin yaradılacağına əmindir.
Paşinyanın sözlərinə görə, bu münasibətlər qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin tanınması əsasında qurulacaq.
O, Türkiyənin Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə bağlı hər hansı problemin mövcudluğunu göstərən obyektiv faktın olmadığını da bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 06 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















