Mehdiyevin “vəzifə siyahısı”na düşən sabiq deputat danışdı: “O vaxt dedim ki…”
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planının baş tutacağı təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb. Həmin siyahıda sabiq deputat Elton Məmmədovun adı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi hallanır.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Elton Məmmədov iddianın həqiqətə uyğun olmadığını bildirib:
“Hər yazılana inanmayın. Mən Ramiz Mehdiyevlə düşmən olmuşam. Ramiz Mehdiyevin indiki bütün məhkəmə qərarları ilə bağlı hələ o vəzifədə olanda demişəm ki, bu adam belədir”.
Sabiq deputat düşmənçilik münasibətinin səbəbini də açıqlayıb:
“Düşmənçilik deyəndə, güllə atmamışam, bir şey etməmişəm. Vəzifədən heç bir hüquqi əsası olmadan, qeyri-qanuni şəkildə uzaqlaşdırılmışam. 11 ay mübarizə apararaq Əmək Məcəlləsinə uyğun olaraq öz vəzifəmə bərpa olunmuşam. Yəni ədalətli mühakimə sistemində məni əvvəlki vəzifəmə bərpa ediblər, vəssalam. Məni vəzifədən onun istəyi ilə uzaqlaşdırıblar. Vəzifədən uzaqlaşdıran adam necə məni vəzifəyə gətirə bilər?”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















