Icma.az
close
up
RU
Türkiyə ilə ümumi bazar yaratmalıyıq

Türkiyə ilə ümumi bazar yaratmalıyıq

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir”-

Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, dünən 60 yaşınız tamam oldu, Sizi bir daha təbrik edirik….

AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərdində vurulmasından bir aydan da artıq vaxt keçməsinə baxmayaraq istintaqın gəldiyi ilkin nəticələr ictimaiyyət üçün açıqlanmır. Sizcə nə baş verir?

– Öncə həm Sizə, həm də məni təbrik etmiş, təbrik ünvanlamış hər kəsə öz dərin minnətdarlığımı bildirir, hər birinizə sevinc dolu həyat, uğurlar arzu edirəm.

Təyyarənin Qroznı üzərində vurulması sübuta ehtiyacı olmayan bir faktdır. Qalır ictimaiyyətə açıqlansın ki, bu hansı şəraitdə, necə baş verib və kimlər günahkardır. Azərbaycan Rusiya prezidentinin üzrxahlığını qəbil edib. Günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi məsələsi də öz həllini tapmalıdır. Rusiya, ehtiyatsızlıqdan olmuş olsa belə, bu ağır cinayəti törətmiş şəxsləri müəyyən edib cəzalandırmasa, bu, iki qonşu və müttəfiq ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı hər iki ölkənin xalqlarının maraqlarına cavab verir. Qərb tərəfindən ölkəmizə olan təzyiqlər həm də bizim Rusiya ilə əlaqələrimizin indiki səviyyəsinə görədir. Xalqımızı qıcıqlandırmaq və insanlarımızın heysiyyatına toxunmaq üçün gecə-gündüz təbliğat aparırlar ki, Azərbaycanı Rusiya yönəldir. Biz bunun əksini sübut etmək üçün Rusiya ilə münasibətləri korlamamalıyıq. Ermənipərəst dairələrin istədiyi də elə budur. İnanıram ki, iqtidar Qərblə Rusiya arasında “qızıl orta”nı tapacaq və ölkəmizə təzyiqlərə son qoyulacaq, böyük dövlətlər sülhdə maraqlı olacaq və nəhayət ki, ölkəmizi müharibədən çıxara biləcəyik. Xalqımız 10 illərdir davam edən gərginlikdən xilas olub, rahat nəfəs alacaq. Trampın Putinə pərəstiş etdiyini nəzərə alsaq, Rusiya ilə münasibətlərin korlanması ABŞ ilə də münasibətlərin bərpasına əngəl olacaq.

Rusiyada da kimlərsə guya bizə “canıyananlıq” edərək, bizi Qərbin sanksiyalarından qorumaq üçün “ayı xidməti” göstərib, xalqlarımız arasında münasibətlərə ziyan vuran davranış sərgiləməməlidir. İnsanlar arasında münasibətlər zədələnəndə onu bərpa etmək çətin olur. Rusiya tezliklə günahını etiraf etməli və beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir. Vaxtilə Azərbaycanın Rusiyaya münasibətdə etdiyi kimi.

– Rusiya və İran Azərbaycana münasibətdə hörmətlə davranmasa, Zəngəzur dəhlizi açılmasa, Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilişinə icazə verməliyikmi?

– Əlbəttə, etik çərçivəni aşanların cavabı veriləcək. Zəngəzur dəhlizinin açlması üçün Qərb ölkələri kimi Rusiya və İran da Ermənistana təzyiq etmədi və beləliklə də birbaşa və dolayısı ilə digərləri kimi sülhdə maraqlı olmadıqlarını ortaya qoydular. Amma biz müdrik davranmalı, hər iki qonşu ölkə ilə əməkdaşlığı davam etdirməliyik.

İran bu gün fars millətçiləri (bəzi rəhbər şəxslər fars olmasa belə) tərəfindən yönləndirilsə də, həm də bir türk dövlətidir. Kəmər isə strateji əhəmiyyət kəsb edir. Dövlətlər arasında münasibətlər həmişə hamar olmaya bilər. Mən mütəmadi olaraq İranla viza rejiminin ardan qaldırılması, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edirəm. Sədri olduğum ƏHD partiyası 3+3 formatında region dövlətlərinin daha sıx inteqrasiya olunmasını və əməkdaşlığını təqdir edir. Partiyamız Avrasiya məkanında keçmiş sovet respublikaları, Türkiyə və İranın iştirakı ilə Avropa Birliyi modelində yeni ittifaqın yaradılması ideyası ilə də çıxış edib. Bu gerçəkləşərsə böyük bir coğrafiyada inkişafa və təhlükəsizliyə ciddi təminat vermiş olardı. Xalqımızın sosial inkişaf göstəriciləri bizim təkbaşına şaxələndirilmiş güclü azad bazar iqtisadiyyatı quracağımızın xeyli çətin olacağından xəbər verir. Neft hasilatının azalması və qiymətinin aşağı düşməsi fonunda biz ilkin mərhələdə Türkiyə ilə ümumi bazar yaradılması istiqamətində addımlar atmalı, dövlət müəssisələrini özəlləşdirməli, investisiya cəlbi üçün mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırmalıyıq.

– Axı, Türkiyə Avropa İttifaqına üzv olmaq istəyir…

– Bu arzu olaraq qalacaq. 85 milyonluq, şərqli mentalitetinə, adət-ənənələrinə malik, müsəlman ölkəsi olan Türkiyəni heç kim xristian klubu – Avropa Birliyinə qəbul etməyəcək və bu başadüşüləndir. 7-10 milyonluq bir ölkə olsaydı bəlkə də qəbul edərdilər. Əminəm ki,Türkiyədə də bunu bilirlər və ora çox da can atmırlar. Əgər əksi olsaydı çoxdan heç nəyə baxmayıb üzvlüklə bağlı bütün şərtləri qəbul edib, icra edərdilər. Sadəcə müəyyən məqsədlər naminə hər dəfə üzv olmaq istədiklərini xatırladırlar. Avropa Birliyinin çox böyüməsi onun effektivliyini azaldacaq və dağılmasını labüd edəcək. Böyük Britaniya oradan elə-belə qaçmadı.

Amma Avropa Birliyi ilə yanaşı Avropa ilə Asiya arasında yeni bir Avrasiya İttifaqı da yaransa bu iqtisadi rəqabətə, dünyada sülhə töhfə vermiş olacaq. Çünki bizlər nə tam avropalıyıq, nə də tam asiyalı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri