Icma.az
close
up
RU
Türkiyə, İran və Azərbaycan: Pakistan regional dəstək axtarışındadır

Türkiyə, İran və Azərbaycan: Pakistan regional dəstək axtarışındadır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyi planlaşdırır. Səfərin məqsədi diplomatik əlaqələri gücləndirmək və Hindistanla artan gərginlik fonunda dəstək qazanmaqdır.

 Baş nazir bu ölkələrin liderləri ilə görüşərək, Hindistanla davam edən qarşıdurma dövründə göstərdikləri dəstəyə görə təşəkkür edəcək. Baş nazirin səfəri zamanı regional təhlükəsizlik, qlobal siyasi mühit və uzunmüddətli əməkdaşlıq strategiyaları ətrafında ətraflı müzakirələr aparılacaq.


Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, bu gün Pakistanın Azərbaycan və qardaş Türkiyə ilə gözəl əlaqələri var:


“Azərbaycan-Pakistan-Türkiyə arasında  həm siyasi, həm də iqtisadi və digər sahələrdə iş birliyi daha da genişlənir. Xüsusilə də son gərginliklərə baxdığımızda Hindistan Asiyadakı liderliyi və Pakistanla yaşadığı Kəşmir gərginliyi səbəbi ilə çalışır ki, regionda özünə ən köhnə rəqib gördüyü  İslamabadı sıxışdırsın. Lakin hesab edirəm ki, Hindistanın Pakistanı sıxışdırması o qədər də asan deyil. Birincisi, Pakistanın güclü ordusu, o cümlədən geniş əlaqələri var. Pakistan bu gün D8 İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi mühüm qurumların üzvüdür. O cümlədən Qafqazın regional gücü olan Azərbaycan, qardaş Türkiyə kimi G20 üzvü olan bir ölkə ilə yaxın əlaqələrə sahibdir. Pakistan bir daha beynəlxalq aləmdəki gücünü ortaya qoymaq üçün bu səfərləri planlaşdırır. İrana səfərini də bu qəbildən dəyərləndirmək lazımdır. Lakin burada bəzi fərqli məqamlar var ki, İran və Pakistan arasında münasibətlər ötən illərdə müəyyən dərəcədə gərginləşmişdi. İran və Hindistan arasında əlaqələr isə möhkəmdir. Amma İran son dövrlərdə Pakistan və Hindistan arasında bu gərginlinin sonlanması üçün öz təklifini verib. Hesab edirəm ki, İrana səfərində daha çox vasitəçilik məsələsi gündəmə gələcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri