Türkiyə İranın xarici işlər naziri vasitəsilə Əsəddən mesaj almayıb Hürriyət
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın xarici işlər naziri Abbas Əraqçinin Ankaraya səfəri zamanı Türkiyə Suriya prezidenti Bəşər Əsəddən heç bir mesaj almayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Ankara səfərindən əvvəl Əraqçi Dəməşqdə Suriya lideri Bəşər Əsədlə danışıqlar aparıb və onunla Suriyadakı son hadisələri müzakirə edib.
"Bəşər Əsədin Türkiyə ilə görüş istəyib-istəməyəcəyi maraq doğurub, lakin nə Rusiya xarici işlər naziri, nə də İran xarici işlər naziri Əsəddən Ankaraya bir mesaj gətirməyib", - qəzet yazıb.
Türkiyə nəşri bildirir ki, Ankara Suriyadakı hadisələr fonunda Dəməşqin siyasi təmaslara başlamağa hazır olduğuna dair vasitəçilər vasitəsilə siqnallar alır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, o, hələ də Suriya lideri Bəşər Əsədlə görüşməyə və onunla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırdır.
Türkiyə XİN-dən RİA Novosti-yə verilən məlumata görə, Ankara Suriyada sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir və Dəməşqin mövqelərinə yenidən baxacağına və taleyüklü addımlar atacağına ümid edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















