Türkiyə İsrailin Suriyadakı aviabazaya zərbələrini pisləyib
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
İsrailin Suriyadakı Əbu-Duhur aviabazasına endirdiyi zərbələri qətiyyətlə pisləyirik.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Rəsmi Ankara beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə reaksiya verməyə çağırıb.
“İsrail Suriyanın infrastrukturuna zərbələr endirməklə onun ərazi bütövlüyünü pozmaqla düşünülməmiş hücumlarını davam etdirir”, – deyə XİN-in bəyanatında bildirilib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətindəki Əbu-Duhur aerodromuna bir neçə zərbə endirib. Hücumlar nəticəsində maddi ziyan dəyib. Mülki əhali arasında ölən və ya yaralananlarla bağlı məlumat daxil olmayıb.
"Reuters" agentliyinin məlumatına görə, zərbələr uçuş-enmə zolağına və anbarlara endirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 18 Avqust 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















