İƏT İsrailin Suriyadakı hərbi infrastruktura zərbə endirməsini pisləyib
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail qüvvələrinin Suriya Ərəb Respublikasının cənubundakı hərbi infrastruktura hücumunu kəskin şəkildə pisləyib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İƏT Baş Katibliyi bəyanat yayıb.
Bildirilib ki, Baş Katiblik İsrail qüvvələrinin "Suriyanın suverenliyini və ərazilərini davamlı olaraq pozmasını, onun təhlükəsizliyi və sabitliyini sarsıtmaq, eləcə də regionda təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətindəki səylərə xələl gətirmək cəhdlərini" kəskin şəkildə pisləyir.
Bəyanatda bu cür hücumların davam etməsinə görə İsrail qüvvələrinin tam məsuliyyət daşıdığını qeyd edilib.
"Baş Katiblik İƏT-nin Suriya Ərəb Respublikasına dəstəyini və onunla həmrəyliyini bir daha təsdiqləyir və beynəlxalq ictimaiyyəti Suriya Ərəb Respublikasının suverenliyinə, birliyinə, təhlükəsizliyinə və sabitliyinə hörmət olunmasını təmin etmək məqsədilə müvafiq beynəlxalq qətnamə və qanunların icrası üçün tədbirlər görməyə çağırır", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, martın 20-də İsrail Müdafiə Qüvvələri Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 21 Mart 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















