Türkiyə klubu onun üçün hərəkətə keçdi
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma Avropa “nəhəng”lərinin diqqət mərkəzindədir. Türkiyənin “Qalatasaray” klubu italiyalı qolkiperi heyətinə qatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli qapıçı ilə yaxından maraqlansa da, hələlik “Mançester Siti”yə rəsmi transfer təklifi ünvanlamayıb.
Türkiyə klubuna bu mübarizədə Madrid “Real”ı ciddi rəqib ola bilər. “Kral klubu” gələcəkdə Tibo Kurtuanı əvəzləyə biləcək qolkiper kimi Donnarummanın namizədliyini dəyərləndirir.
Daha əvvəl 27 yaşlı qapıçının adı “Mançester Yunayted”, “Çelsi”, “Bavariya” və “Yuventus” kimi klublarla hallanırdı.
Donnarummanın gələcəyi həm də “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması iddiası üzrə müstəqil komissiyanın qərarından verdiyi apellyasiya müraciətinin nəticəsindən asılı ola bilər. İntizam işinin yekun nəticəsi “şəhərlilər”in gələcək planlarına təsir göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 Oktyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















