Icma.az
close
up
RU
Türkiyə kritik qanunu qəbul etdi

Türkiyə kritik qanunu qəbul etdi

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Böyük Millət Məclisi “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsini qəbul edib.

Modern.az xəbər verir ki, “Milli birliyin möhkəmləndirilməsi və sosial inteqrasiya haqqında” qanun layihəsi Türkiyə parlamentinin plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilərək qüvvəyə minib.

Qanun layihəsinin plenar iclasda müzakirəsi təxminən 12 saat davam edib.

Səsvermənin nəticələrinə görə, qanun layihəsinin lehinə 468 deputat səs verib, 88 deputat əleyhinə çıxıb, 6 deputat isə bitərəf qalıb.

Beləliklə, qanun qəbul edilərək qüvvəyə minib.

Qeyd edək ki, ictimaiyyətdə “Terrorsuz Türkiyə Qanunu” və ya “çərçivə qanun” adlandırılan sənəd PKK/KCK-nın fəaliyyətinə son qoyulması və silahların təhvil verilməsi prosesinin hüquqi mexanizmlərini müəyyənləşdirir. Qanunun tətbiqi təşkilatın faktiki fəaliyyətini dayandırmasının və silahlarını təhvil verməsinin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməsi, daha sonra isə bu qərarın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunması şərtinə bağlanır.

Sənəddə müəyyən cinayət işləri üzrə istintaq və məhkəmə proseslərinin təxirə salınması, silah-sursatın qeydiyyata alınması və prosesə nəzarət üçün xüsusi Şura və Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulur. Qanun daimi xarakter daşımır və onun imkanlarından yararlanmaq istəyən şəxslərin Milli Təhlükəsizlik Şurasının qərarının “Rəsmi Qəzet”də dərcindən sonra 6 ay ərzində müraciət etməsi tələb olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see243

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see234

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see232

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see219

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see199

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see197

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see196

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see195

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see195

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see193

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see191

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see189

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see187

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see183

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see176

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see176

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see173

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see172

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see168

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri