Türkiyə Liviyadan 82 vətəndaşını təxliyə edib
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Türkiyə paytaxt Tripolidə silahlı qruplar arasında baş verən toqquşmalardan sonra 82 vətəndaşını Liviyadan təxliyə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP-yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, vətəndaşların ölkəyə qayıtmasına köməklik edilib və onlar evlərinə dönüblər.
Bu addım, Türkiyə səfirliyinin Misrata limanından İstanbula uçuş təşkil edəcəyini elan etməsindən bir gün sonra atılıb.
Tripolidən təxminən 200 km şərqdə yerləşən bu limandan uçuş üçün paytaxtdan avtobuslarla daşınma təmin edilib.
Nazirlik təxliyə olunan şəxslərlə bağlı ətraflı məlumat verməyib və əlavə reyslərin olub-olmayacağı da açıqlanmayıb.
Tripolidə baş verən qarşıdurmalarda BMT-nin məlumatına görə, azı səkkiz mülki şəxs həlak olub.
Bu mövzuda digər xəbərlər:Liviyadan İtaliyaya 135 nəfər miqrant təxliyə edilib
12 Fevral 2025 13:05
Med Or: Türkiyə öz təsirini Liviyadan Qafqaza qədər yaydı
28 Yanvar 2025 20:50
Liviyadan Rusiyaya zərbə endirildi
02 Aprel 2026 23:28
Liviyadan ABŞ a xəbərdarlıq...
25 Oktyabr 2026 21:38
Liviyadan xəbərdarlıq: Neft hasilatı dayana bilər
11 Avqust 2026 11:57
Baxış sayı:175
Bu xəbər 17 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















