Mir Mövsüm ağanın qardaşı nəvəsi “Azərişıq”dan niyə narazıdır? Video
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Bakı sakini, Şeyx Mir Möhsün ağanın qardaşı nəvəsi Səidə Akimovanın redaksiyamıza ünvanladığı rəsmi müraciət əsasında Xaçmaz rayonunun Susayqışlaq kəndinə yollandıq.
Şikayətçi bu kənddə yaşayan bacısı Zemfira Paşayevanın evinin yaxınlığında yerləşən köhnə transformatorun yenilənməməsindən, yaşayış məntəqəsinə elektrik enerjisinin fasilələrlə və keyfiyyətsiz verilməsindən narazıdır.
Onun sözlərinə görə, elektrik enerjisinin qeyri-sabit verilməsi səbəbindən evlərindəki kombi, televizor, paltaryuyan maşın və digər elektrik cihazları dəfələrlə sıradan çıxıb.
Çəkiliş qrupumuz həmin ünvanda olarkən ərazidə həm köhnə, həm də yeni transformatorun olduğunu müşahidə etdi. Kolluq və sıx söyüd ağacları ilə əhatə olunmuş, bir növ bataqlığı xatırladan ərazidən su arxının da keçdiyinin şahidi olduq.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu
Baxış sayı:156
Bu xəbər 06 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















