Mağazalarda monitorinqlər keçirilib
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında yerləşən bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında, satış mağazalarında monitorinq keçirib.
"Cebheinfo.az" xəbər verir ki, nəzarət tədbirləri zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanılması və satış şəraiti, sanitar-gigiyenik qaydalar, dövlət qeydiyyatı, etiketləmə qaydaları, məhsulun keyfiyyəti və yararlılıq müddəti yoxlanılıb.
Bərdə, Tərtər və Ağcabədi rayonlarında yerləşən anbar və satış mağazalarında təsiredici maddəsi qadağan edilmiş, hermetikliyi pozulmuş, mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş preparatlar aşkar edilərək saxlanca qoyulub və satışının qarşısı alınıb.
Həmçinin qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Bununla yanaşı, sahibkarlara müvafiq tövsiyələr və icrası məcburi göstərişlər verilib.
Gülər
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 06 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















