Türkiyə mediası: Azərbaycan Prezidenti TDT ölkələri arasında birgə təlimlərin keçirilməsi ilə bağlı tarixi təşəbbüslə çıxış edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 9 oktyabr, AZƏRTAC
Türkiyə mətbuatı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün yekunlarını işıqlandırmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin mətbuatında TDT məkanında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi mövzusunda məqalələr dərc olunub.
Müəlliflər diqqəti Prezident İlham Əliyevin 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi təklifinə yönəldiblər.
Azərbaycan liderinin bu təşəbbüsü Türkiyə mediası tərəfindən tarixi, birgə təlimlərin özü isə “Turan təlimləri” adlandırılıb.
Oxucu auditoriyası Prezident İlham Əliyevin Qəbələ Zirvə Görüşündəki çıxışından fikirlərlə tanış olub. TDT ölkələri arasında müdafiə sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















