Icma.az
close
up
RU
Türkiyə mediası COP29un nəticələrini geniş işıqlandırıb

Türkiyə mediası COP29un nəticələrini geniş işıqlandırıb

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə mətbuatı Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarını geniş işıqlandırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Haber Global" telekanalı Bakıdan hazırladığı reportajda COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün ildə 300 milyard dollar sərmayə qoymağa hazır olduqlarını elan edən inkişaf etmiş ölkələrin öhdəliklərinə diqqət çəkib.

Reportajda qeyd olunur ki, Bakıda ikihəftəlik intensiv danışıqlar "iqlim maliyyələşməsi"nin həcminin mərhələli artırılması ilə bağlı mühüm razılığın əldə olunmasına imkan verib.

Telekanal COP29-u "iqlim diplomatiyasında dönüş nöqtəsi" adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına diqqət çəkib və bu məsələ ilə bağlı ekspert qiymətləndirmələrini də təqdim edib.

"Anadolu" xəbər agentliyi, həmçinin COP29 çərçivəsində "iqlim maliyyələşməsi" mövzusunda fəal müzakirələrə, eləcə də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsinə diqqət çəkib.

Qardaş ölkənin aparıcı informasiya agentliyi Prezident İlham Əliyevin "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutaraq, Azərbaycanın vicdanlı vasitəçi kimi çıxış etdiyini və iqlim danışıqlarına qərəzsiz dəstəklənməsi üçün bütün imkanlardan istifadə etdiyi barədə bəyanatından sitat gətirib.

Agentlik, həmçinin Azərbaycanda iqlim sammitinin təşkilinin səviyyəsini yüksək qiymətləndirən Bosfor Universitetinin professoru Levent Kurnazın qiymətləndirməsini də qeyd edib.

Ekspert qeyd edib ki, Türkiyə COP29-da iştirakı sayəsində qardaş ölkənin bu cür irimiqyaslı tədbirlərin təşkili təcrübəsini, o cümlədən Ankaranın COP31-ə ev sahibliyi etmək üçün müraciəti fonunda öyrənmək imkanı əldə edib.

Eyni zamanda, L.Kurnaz iqlim dəyişiklikləri ilə mübarizədə Qərb ölkələrinin yekun öhdəliklərini qeyri-kafi adlandırıb.

Ekoloji xəbərlər üzrə ixtisaslaşmış "Yeşil Gazete" ("Yaşıl Qəzet"), eləcə də bir sıra digər nəşrlər iqlim dəyişiklikləri ilə mübarizə ilə bağlı Türkiyənin Uzunmüddətli Strategiyasının təhlili prizmasından iqlim sammitinin nəticələrini işıqlandırıblar.

Türkiyənin media strukturları rəsmi Ankaranı kömürdən tamamilə imtina etməyə çağıran ölkədəki bir sıra ətraf mühit təşkilatlarının mövqeyini də içıqlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri