Icma.az
close
up
RU
Türkiyə Milli Müdafiə Nazirliyi: Cənubi Kipr Rum İdarəsini sağlam düşüncə ilə davranmağa çağırırıq

Türkiyə Milli Müdafiə Nazirliyi: Cənubi Kipr Rum İdarəsini sağlam düşüncə ilə davranmağa çağırırıq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) mənbələri bildiriblər ki, "Türkiyə, Cənubi Kipr Rum İdarəsinin (CKRY) Kipr türklərinin təhlükəsizliyini və adada sülh və sabitlik mühitini təhdid edən fəaliyyətlərinə qarşı, zəmanətçi dövlət olaraq ona verilmiş səlahiyyətləri əvvəllər olduğu kimi istifadə etməkdən çəkinməyəcək".

Bizimyol.info xəbər verir ki, Anadolu Agentliyinin verdiyi məlumata görə, Türkiyə MN mənbələri CKRİ Başpiskoposunun Kiprdəki türkləri hədəf alan açıqlamaları ilə bağlı dəyərləndirmə verib.

Xəbərdə aşağıdakı fikirlərə yer verilib: "CKRİ Başpiskoposunun açıqlamalarını son həftələrdə gündəmə gələn yeni terror təşkilatı qurulması məsələsi ilə birgə qiymətləndirmək lazımdır. Son açıqlamalar, Kipr adasında bu günədək problemin həll olunmamasına səbəb olan ayrı-seçkilikçi, fanatik və təxribatçı düşüncənin ən açıq təzahürlərindən biridir. Tarixi reallıqları nəzərə almayan, mövcud vəziyyəti və Türkiyənin Kipr adasındakı varlığını təhrif edən bu yanaşma, sülhün, dialoqun və konstruktiv münasibətin qarşısındakı ən böyük maneədir. Beynəlxalq hüququ və insani dəyərləri saymayan bu mövqe, Kipr türk xalqının qanuni hüquqlarını və təhlükəsizliyini hədəf almaqdadır. Unudulmamalıdır ki, Kipr heç zaman yalnız Rum adası olmayıb. Bu düşüncə tərzində olan planların həyata keçirilməsi mümkün deyil və buna icazə verilməyəcək".

"Kipr türk xalqının adanın əsas, bərabər hüquqlu tərəfdaşları olduğunu və heç bir gücün onları bu torpaqlardan çıxarmağa qadir olmadığını" bildirən mənbələr belə davam ediblər: "CKRİ-ni zorakılıq və düşmənçilik dili əvəzinə sağlam düşüncə ilə hərəkət etməyə, iki xalqın suveren bərabərliyi əsasında bir həll yoluna töhfə verməyə çağırırıq. Bu gün Kipr adasında sülh varsa, bu, Türkiyənin sayəsindədir – bu unudulmamalıdır. Türkiyə, CKRİ-nin Kipr türklərinin təhlükəsizliyini və adada sülh və sabitlik mühitini təhdid edən fəaliyyətlərinə qarşı zəmanətçi dövlət olaraq ona verilmiş səlahiyyətləri əvvəllər olduğu kimi istifadə etməkdən çəkinməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri