Türkiyə millisində vacib oyunda ağır itki
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
UEFA Millətlər Liqasının VI turunda bu gün Monteneqro ilə qarşılaşacaq Türkiyə millisi daha bir itki ilə üzləşib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yığmanın kapitanı Hakan Çalhanoğlu zədəli olduğunu açıqlayıb.
O, Uelslə oyunda ayağından aldığı zədəyə görə bugünkü görüşdə komandasına kömək edə bilməyəcəyini bildirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Xatırladaq ki, Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi Ferdi Kadıoğlu da zədə səbəbindən komandadan kənarda qalıb.
Bu gün B Liqasında keçriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Milli.Az

