Icma.az
close
up
RU
Türkiyə millisində vacib oyunda ağır itki

Türkiyə millisində vacib oyunda ağır itki

UEFA Millətlər Liqasının VI turunda bu gün Monteneqro ilə qarşılaşacaq Türkiyə millisi daha bir itki ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, yığmanın kapitanı Hakan Çalhanoğlu zədəli olduğunu açıqlayıb.

O, Uelslə oyunda ayağından aldığı zədəyə görə bugünkü görüşdə komandasına kömək edə bilməyəcəyini bildirib.

Xatırladaq ki, Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi Ferdi Kadıoğlu da zədə səbəbindən komandadan kənarda qalıb.

Bu gün B Liqasında keçriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

seeBaxış sayı:43
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri