Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış DETALLAR
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baş Dövlət Yol Polisi İdarəsi Lerikdə baş verən qəzanın səbəbini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var
İdarədən Bizim.Media-ya verilən xəbərə görə, bu gün saat 08:40 radələrində Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qeyd edilib ki, qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən 2-si xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır: "Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə əməl etməyə çağırır".
Xatırladaq ki, bu gün səhər saatlarında Lerik rayonunda “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq dərəyə aşıb. İlkin məlumata əsasən, 6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 31 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















