Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026 cı ildə başlanması planlaşdırılır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 23 yanvar, AZƏRTAC
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 5G texnologiyalarına sürətli keçid planlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, 5G texnologiyalarının tətbiqi üzrə tenderlərin artıq bu il keçiriləcəyini, beşinci nəsil rabitənin daha yüksək ötürmə qabiliyyətini təmin edən ilk şəbəkələrin işə başlamasının 2026-cı ildə nəzərdə tutulduğunu qeyd edib.
Eyni zamanda, Uraloğlu ölkənin telekommunikasiya operatorlarının investisiyalarının həcminin kəskin artdığını bildirib. “Təkcə ötən ilin 9 ayında telekommunikasiya operatorlarının investisiyalarının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz artıb. İnvestisiyaların böyük hissəsi fiber-optik şəbəkələrin inkişafına yönəldilib”, - deyən nəqliyyat naziri hazırda Türkiyədə stasionar telefon abunəçilərinin sayının 9,2 milyon təşkil etdiyini, mobil telefon istifadəçilərinin isə 94,5 milyonu ötdüyünü qeyd edib.
Nazir xatırladıb ki, 4G və 5G texnologiyaları Türkiyədə 2016-cı ilin aprelində tətbiq olunmağa başlayıb, bu rabitə növünün abunəçilərinin sayı isə 2024-cü ilin sentyabrına qədər 87,5 milyona çatıb.
Eyni zamanda, o, yerli texnologiyaların və rabitə stansiyalarının daha da inkişaf etdirilməsi və tətbiqinin vacibliyini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















