Icma.az
close
up
RU
Türkiyə ordusu Zəngəzura girir... Rusiyanın cavabı necə olacaq?

Türkiyə ordusu Zəngəzura girir... Rusiyanın cavabı necə olacaq?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan rəsmən Zəngəzur dəhlizinə nəzarətin üçüncü ölkəyə veriləcəyini bəyan edib. Ermənistan mətbuatında Zəngəzura nəzarətin Türkiyə ilə yanaşı ABŞ-a veriləcəyi barədə də iddialar var. Əgər nəzarət Türkiyəyə verilərsə, bu, regionda güc balansını necə dəyişə bilər? Rusiyanın Cənubi Qafqazda təsiri zəiflədiyi bir vaxtda bu nəzarət bölgüsünə Moskvanın reaksiyası necə ola bilər?

Politoloq Yusif Bağırzadə Moderator.az-a açıqlamasında bildirib ki, bu dəhlizin təhlükəsizlik baxımından Türkiyəyə veriləcəyi ilə bağlı proqnozu hələ bir il əvvəl televiziya və mətbuat çıxışlarında səsləndirmişdi:

“Bu dəhliz Türk Dövlətləri Birliyi üçün, eləcə də Cənubi Qafqaz dövlətləri və Orta Asiya respublikaları üçün çox önəmli xarakter daşıyır. Buna görə də bu dəhlizin nəzarəti, yəni həm təhlükəsizlik, həm də ümumi nəzarəti elə bir dövlətə verilməlidir ki, Rusiyanın həmin dövlətlərə təsir imkanları məhdud olsun. Bu dövlətlər isə ABŞ və Türkiyədir. ABŞ-ın Türkiyədəki səfiri və bölgə üzrə nümayəndəsi – Trampa yaxın şəxslərdən biri – bu məsələ ilə bağlı çıxışında da bildirib ki, dəhlizin nəzarəti birmənalı şəkildə ABŞ şirkətlərindən birinə veriləcək. Təhlükəsizlik baxımından nəzarət NATO qüvvələri, yəni Türkiyə tərəfindən həyata keçiriləcək.

Digər tərəfdən, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmanın 9-cu bəndinə əsasən, bu dəhlizə nəzarət Rusiyaya verilməli idi. Lakin Ermənistan artıq Rusiyanın təsir imkanlarından ehtiyat edərək, dəhlizi ona vermək niyyətində deyil".

Politoloq vurğulayıb ki, bu cür hallar həm Gürcüstanın, həm də Ermənistanın başına gəlib və Rusiya müxtəlif dövlətlərə təsir imkanlarını adətən yollar və dəhlizlər vasitəsilə həyata keçirir. Ona görə də bu dəhlizin taleyi bu gün həll olunur və bu nəzarət müsbət olaraq ABŞ və Türkiyəyə veriləcək:

“Rusiyanın bu dəhlizi ələ keçirmək maraqları böyükdür. Çünki bu dəhlizi nəzarətə götürməklə Rusiya həm Cənubi Qafqaz, həm də Orta Asiya respublikalarına, eləcə də Türkiyəyə təsir imkanlarını genişləndirə bilər. Bu kontekstdə ötən illərdə Moskvada keçirilən tədbirlərin birində oliqarx və erməni diasporasının fəal üzvlərindən biri, "Taşir" şirkətinin rəhbəri Samvel Karapetyan bəyan etmişdi ki, bu dəhlizin açılmasına imkan verilməyəcək.

Bu gün Ermənistanda yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də dəhliz uğrunda mübarizə gedir. Samvel Karapetyanın Ermənistana gəlişi və Paşinyan hakimiyyətini devirmək istəyi də, əlbəttə ki, birbaşa bu dəhlizlə əlaqədardır. Ona görə də bizim ehtimallarımız doğruldu – yəni bu dəhlizin istifadəsi ABŞ şirkətlərinə, təhlükəsizlik məsələsi isə Türkiyənin hərbi qüvvələrinə veriləcəkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Avqust 2025 03:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri