Türkiyə ötən il 3,6 faiz böyüyüb
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə 2025-ci ildə 3,6 faiz böyüyüb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci ilin son rübünə dair dövri ümumi daxili məhsul göstəricilərini açıqlayıb.
Açıqlanan məlumatlara əsasən, Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artım qeydə alıb.
“Bloomberg HT”nin keçirdiyi sorğuda iştirak edən iqtisadçıların gözləntisi isə ilin yekununda artımın 3,7 faiz səviyyəsində olacağı istiqamətində idi.
TÜİK-in məlumatına görə, ilin son rübündə illik artım 3,4 faiz təşkil edib. Bu göstərici üzrə gözlənti 3,2 faiz idi. Son rübdə rüblük artım 0,4 faiz olmaqla sorğuda proqnozlaşdırılan 0,5 faizdən aşağı qalıb.
Adambaşına düşən ümumi daxili məhsul 2025-ci ildə cari qiymətlərlə 712 min 200 türk lirəsi, ABŞ dolları ifadəsində isə 18 min 040 dollar olaraq hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Mart 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















