Türkiyə Pakistana 6 təyyarə dolusu silah verdi
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı hücum nəticəsində 26 nəfər ölüb. Hindistan daha sonra Hind hövzəsindən su axını kəsərək suyun Pakistana çatmasının qarşısını alıb.
"Unikal" xəbər verir ki, iki nüvə dövləti arasında başlayan gərginlik sürətlə artmaqda davam edir.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Pakistan ordusunun sərhədə haubitsa göndərdiyi, vaxtaşırı Hindistan postlarına hücumların təşkil edildiyi bildirilib. Bundan əlavə, Türkiyə ordusuna məxsus 6 nəqliyyat təyyarəsinin Pakistana döyüş materialları aparıb. Bildirilib ki, bu materiallar arasında PUA-larla yanaşı, silah və raketlər də var. Pakistan rəsmiləri: "Türkiyə səssiz, lakin real dəstək nümayiş etdirir. Bizi izləyin", - deyə açıqlama yayıb.
Türkiyənin hadisələr fonunda Pakistana hərbi yardım göndərməsi diqqət çəkib. Hələlik rəsmi Ankara məlumatı təsdiq etməyib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Aprel 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















