Türkiyə pley off finalına çıxdı Rəqibi bu komanda olacaq
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.
Yeniavaz.com xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
Türkiyə millisinin finaldakı rəqibi bəlli olub. Səfərdə Slovakiyaya 4:3 hesabı ilə qalib gələn Kosovo finala vəsiqə qazanıb.
Bundan başqa, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib. Uels - Bosniya və Herseqovina və Çexiya - İrlandiya matçlarında isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya - Şimali İrlandiya - 2:0
23.45. Uels - Bosniya və Herseqovina - 1:1 (Əlavə vaxt)
B yolu
23:45. Ukrayna - İsveç - 1:3
24:45. Polşa - Albaniya - 2:1
C yolu
21:00. Türkiyə - Rumıniya - 1:0
23:45. Slovakiya - Kosovo - 3:4
D yolu
23:45. Danimarka - Şimali Makedoniya - 4:0
23:45. Çexiya - İrlandiya - 2:2 (Əlavə vaxt)
Final
Kosovo - Türkiyə
İsveç - Polşa
Avropa zonası üzrə pley-off finalları martın 31-də təşkil olunacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:DÇ 2026: Türkiyə millisinin pley off mərhələsindəki rəqibi bu gün bəlli olacaq
20 Noyabr 2025 10:50
DÇ 2026: Türkiyə millisinin pley off finalındakı rəqibi bəlli olub
27 Mart 2026 06:15
Pley off matçında Qəbələ nin rəqibi hansı komanda olacaq? bu gün dəqiqləşəcək
22 May 2026 11:54
DÇ 2026: Pley off mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibi müəyyənləşib
20 Noyabr 2025 20:22
Qarabağ ın rəqibi derbi oyununa çıxdı
16 Yanvar 2025 10:11
Baxış sayı:171
Bu xəbər 27 Mart 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















