Icma.az
close
up
RU
Türkiyə prezidenti COP29la bağlı təəssüratlarını bölüşüb

Türkiyə prezidenti COP29la bağlı təəssüratlarını bölüşüb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərə bildirib ki, iqlim mövzusu qlobal gündəmin ən kritik mövzularından biridir. Türkiyə ekoloji problemlərə müharibə, münaqişə və miqrasiya qədər ciddi yanaşır. 

Məlumatı “Anadolu” verib. 

Türkiyə lideri COP29 sessiyası çərçivəsində göstərdiyi səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını ifadə edib. O, qeyd edib ki, Azərbaycanda iqlim müzakirələri bu sahədə BMT-nin dialoqu üçün əsas platformadır.

Türkiyə Prezidenti xatırladıb ki, COP29 Liderlər Sammiti 80 ölkənin dövlət və hökumət başçılarını bir araya toplayıb. “Azərbaycanda keçirilən iqlim sammitinin əsas məsələsi “iqlim maliyyələşməsi” olub. İqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşən inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün maliyyə mənbələrinin tapılması yolları müzakirə edilir”, – deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Liderlər Sammitinin iştirakçıları 2009-cu ildə Danimarkada keçirilən görüşdə elan edilmiş iqlim məqsədləri üçün 100 milyard dolların ayrılmasını müzakirə ediblər. “2025-ci ildən sonrakı dövr üçün planlar və yeni dəstək mexanizmlərinin formalaşdırılması imkanı da nəzərdən keçirilib”, – deyə Türkiyə Prezidenti davam edib.

Dövlət başçısı Bakıda keçirilən COP29 iştirakçılarına iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin prioritetlərini təqdim etdiyini bildirib: “Ölkəmiz qlobal ekoloji səylərə öz töhfəsini verməyə davam edəcək”.

Siyasətçi xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” layihəsinə də diqqət çəkib: “Beynəlxalq səviyyədə geniş dəstək alan bu layihə haqqında COP29 iştirakçılarına məlumat vermişəm. Həmçinin, bərpaolunan enerji mənbələri hesabına ağac əkilməsi, su ehtiyatlarının tənzimlənməsi və enerjinin inkişafı üzrə illik ümummilli kampaniya haqqında danışmışam”. 

O qeyd edib ki, bu gün Türkiyə bərpaolunan enerji mənbələrindən istifadə etməklə enerji istehsalı gücünə görə Avropada beşinci, dünyada isə 11-ci yerdədir.

Türkiyə lideri COP29 çərçivəsində keçirilən ikitərəfli görüşlərdən də danışıb: “Böyük Britaniyanın baş naziri, Azərbaycan, Qazaxıstan, Moldova və Monteneqro prezidentləri ilə danışıqlar aparılıb”.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri