Türkiyə Prezidenti: Suriya ilə bağlı Rusiya və ABŞ la fikir birliyindəyik
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Orta Şərqdə sülh ikidövlətli çözüm əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ilə mümkündür.
APA-nın xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan dünyanı Fələstinə dəstək verməyə çağırıb. Türkiyə Prezidenti İsrailin hücumlarının Suriyada İŞİD terror təşkilatına qarşı mübarizəyə zərbə vurduğunu söyləyib. Eyni zamanda, İsrailin etnik və dini azlıqları Suriyada mərkəzi hökumətə qarşı qaldırmağa çalışdığını bildirib:
“Soyuqqanlılığım, məsələləri diplomatik yolla həll etməyə çalışmağımız kimlərisə yanıltmamalıdır. Biz xarici siyasətdə prinsiplərlə hərəkət edirik. Biz bütün bölgə xalqları üçün sülh, rifah istəyirik. Suriya ilə bağlı Rusiya və ABŞ-la fikir birliyindəyik. Suriya ilə əlaqədar olaraq, qətiyyətlə bütün addımları atacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 11 Aprel 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















