Icma.az
close
up
RU
“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək AZƏRTAC

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 17 yanvar, AZƏRTAC

Türkiyənin Türk dünyası ilə əlaqə yollarını kəsməyə cəhd edən bir sıra Qərb dövlətləri Ermənistan kartını oynayır. Fransa və ABŞ Zəngəzur dəhlizinin açılmasını istəmir, Rusiyanı cənubdan bloklamaq və İranın hərəkətlərinə nəzarət etmək üçün platforma yaratmaq istəyirlər ki, bu da ümumi strateji planın bir hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı inkişafın önündə baryerə çevirməyə çalışan Qərbin bu məqsədlərindən xəbərdardır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiye” qəzeti Azərbaycan rəhbərinin yerli mediaya verdiyi son müsahibəni xatırladaraq yazır.

Nəşr qeyd edir ki, Avropa İttifaqı və ABŞ həm İrəvandan, həm də Tbilisidən istifadə etməyə, bununla da Rusiya, İran və Türk dünyasına qarşı “forpost” yaratmağa çalışırlar.

Məqalədə qeyd edilir ki, Azərbaycanla Ermənistan arasında yeni müharibə Türk dünyasında gedən inteqrasiya prosesləri və yaxınlaşmalardan narazı olan Qərb dairələrinin planlarına uyğundur.

Qəzet vurğulayır ki, Fransa silahlarının tədarükü Yerevanın müdafiə qabiliyyətini qətiyyən gücləndirmir, əksinə, Ermənistanın mövqelərinin daha da zəifləməsinə gətirib çıxaracaq.

Yazıda daha sonra qeyd edilir: “Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı mövqeyi hələ məlum deyil. Amma fakt bundan ibarətdir ki, əgər İrəvan regionda yenidən eskalasiya və müharibə cəhdi edərsə, heç bir ölkə Türkiyə və Azərbaycanın qarşısına çıxa bilməyəcək. Türk dünyası öz nailiyyətlərindən imtina etməyəcək”.

Nəşr oxucuların diqqətinə çatdırır: “Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək. İrəvan Zəngəzur dəhlizini könüllü, yaxud məcburi surətdə açacaq. Ankara və Bakının bu məsələdə ortaq iradəsi çox mühümdür. Türkiyəni Azərbaycan üzərindən Asiya ölkələri ilə birləşdirən ticarət marşrutu bir çox ölkədə narahatlıq doğursa da, bu fakt hamı tərəfindən qəbul ediləcək”.

Qəzet, həmçinin oxucuların diqqətini Ermənistanın xəritələrində olan tarixi toponimlərdəki dəyişikliklərə də cəlb edir: “Çar Rusiyası dövründə müasir Ermənistanın xəritəsində bütün adlar Azərbaycan dilində olub. Ermənistan Azərbaycanın tarixi torpaqlarını zəbt etməklə tarixi reallıqları təhrif edərək yeni status-kvo formalaşdırmağa cəhd edib”. Yazıda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin sərhədinin müasir Türkiyə sərhədlərinə çatdığı xatırladılır. “Ermənistan bunu yaxşı bilir”, -deyə “Türkiye” vurğulayır.

Məqalədə məntiqli sual yer alır: “Nə üçün Azərbaycanın qərb rayonları Naxçıvandan ayrılıb? Ermənistan niyə Azərbaycanın iki hissəsi arasında yer alır? Bu, tarixi ədalətə, beynəlxalq hüquqa və “fizika qanunlarına” ziddir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri