Icma.az
close
up
RU
Türkiyə rekordu sahibi olan idmançı... Fənərbağça nın yeni prezidenti kimdir?

Türkiyə rekordu sahibi olan idmançı... Fənərbağça nın yeni prezidenti kimdir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Fənərbağça" klubunda Ali Koçun 7 illik prezidentlik dövrü başa çatıb. Dünən keçirilən fövqəladə seçkili ümumi yığıncaqda 24 min 393 etibarlı səsdən 12 min 325 səs toplayan Sadettin Saran klubun 38-ci prezidenti seçilib.

Qaynarinfo xəbər verir ki, "Saran Şirkətlər Qrupu"nun İdarə Heyətinin sədri olan Sadettin Saran 1964-cü ildə ABŞ-da anadan olub. Əslən Kırıkkalenin Keskin bölgəsindəndir. Təhsilini Türkiyədə alıb. 1984-1985-ci illərdə üzgüçülük üzrə Türkiyə milli komandasının kapitanı olub və 50 metr sərbəst üzgüçülükdə Türkiyə rekordunu qırıb.


Milli idmançı təqaüdü ilə ABŞ-da təhsil alan Saran bir müddət Arkansas ştatında işləyib. 1988-ci ildə Türkiyəyə dönərək Mədəniyyət və Turizm Nazirliyində müşavirlik edib. 1989-cu ildə "Saran İnternational" şirkətini quraraq öz holdinqinin əsasını qoyub. "Saran Holdinq" bu gün media, aviasiya və müdafiə sənayesi sahələrində fəaliyyət göstərir.

2001-ci ildə "Fənərbağça"nın fövqəladə seçkili ümumi yığıncağında ilk dəfə klubun İdarə Heyətinə daxil olan Sadettin Saran burada futbol şöbəsinin rəhbərliyini də üzərinə götürmüşdü. Lakin 2003-cü ildə vəzifəsindən istefa verərək İdarə Heyətindən ayrılıb.


2004-cü ildə Almaniyanın məşhur klublarından "Borussia Dortmund"un səhmlərini alaraq ortaq olan Saran, bu payları 2005-ci ildə satıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri