Icma.az
close
up
RU
Türkiyə Rusiya geopolitik savaşı başlayır: Ankara sərt təzyiq göstərir, Kreml isə...

Türkiyə Rusiya geopolitik savaşı başlayır: Ankara sərt təzyiq göstərir, Kreml isə...

Icma.az, Olke.az saytına istinadən bildirir.

Kreml Suriyanı Rusiyanın Yaxın Şərqdəki nüfuz məkanı hesab edir və Türkiyənin bu ölkədə mövqelərinin güclənməsinə qıcıqla yanaşır... Rəsmi Ankara isə devrilmiş Əsəd rejiminin müttəfiqi, PKK/PYD terror təşkilatının gizli himayədarı olan Rusiyanın Türkiyə sərhədlərində yerləşməsinə tolerant yanaşmaq niyyətində deyil...

Suriya böhranının gələcək taleyi hələ də qeyri-müəyyən olaraq, qalmaqda davam edir. Belə ki, bu önəmli Yaxın Şərq ölkəsinin hansı geopolitik şərtlər çərçivəsində bərpa olunacağı ilə bağlı olduqca ciddi suallar mövcuddur. Xüsusilə də, Suriyanın yenidən bölüşdürülməsi ilə bağlı iddialar da hazırda geniş müzakirə mövzudur. Bu dövlətin sərhədləri daxilində müxtəlif etnik qruplar və tayfalar arasında kəskin ziddiyyətlərin olması da ölkənin bərpa prosesi qarşısında ciddi əngəl rolunu oynayır. Və Yaxın Şərqdə olduqca önəmli geostrateji maraqları olan dövlətlərin Suriyaya kənar müdaxiləsi də həlledici faktorların sırasına daxildir.

Onu da qeyd etmək lazımdır ki, Suriyanın yenidən bərpa olunması üçün Əsəd rejimi dönəmində bu ölkəyə qarşı tətbiq olunan iqtisadi-siyasi sanksiyaların ləğvi böyük əhəmiyyət daşıyır. Bu məsələdə isə çox şey məhz ABŞ-ın necə mövqe tutmasından asılıdır. Türkiyə ABŞ-da daxil olmaqla, dünya ölkələrinə Suriyaya qarşı sanksiyaların ləğvi, siyasi-diplomatik və iqtisadi-ticari münasibətlərin bərpası ilə bağlı rəsmi çağırışlar edib. Və Tramp administrasiyası sanskiyaların ləğvi üçün Suriyanın müvəqqəti hökumətinə ABŞ-ın bu ölkə ərazisində bəzi istiqamətlər üzrə sərbəst fəaliyyət səlahiyyətlərinin verilməsi ilə bağlı tələblər irəli sürüb.

Ancaq istənilən halda, Suriyaya qarşı sanksiyaların əvvəl-axır ləğv olunma ehtimalı qətiyyən istisna deyil. Rəsmi Ankara bu məsələdə Suriyanın müvəqqəti hökumətinə genişmiqyaslı dəstək verdiyini qətiyyən gizlətmir. Əksinə, Türkiyə indi unitar və bütün ərazilərinə tam nəzarət edə bilən, sabitliyin hökm sürdüyü Suriya dövlətinin yenidən qurulması üçün bütün imkanları səfərbər edib. Və bu, PKK/PYD terror təşkilatının birdəfəlik sıradan çıxarılmasına cəhd göstərən Türkiyənin milli təhlükəsizlik maraqları baxımından, böyük əhəmiyyət daşıyır.

Maraqlıdır ki, Suriyanın müvəqqəti hökuməti də ölkənin yenidən bərpa olunması prosesində Türkiyənin rolunu xüsusi olaraq, dəyərləndirir. Suriyanın müvəqqəti prezidenti Ahmad al Şaraa açıqlamasında vurğulayıb ki, ölkənin yenidən bərpa olunması prosesində Türkiyə avanqard dövlət rolunu oynayacaq. Onun fikrincə, Türkiyənin Suriyada hərbi kontingentinin olması da rəsmi Ankaraya belə imkanlar açır. Müvəqqəti hökumətin rəhbəri bildirib ki, Əsəd rejimi dönəmində olan anlaşmalar artıq ləğv olunub və indi Suriya yeni sazişlərin imzalanmasına hazırlaşır.

Maraqlıdır ki, müvəqqəti prezident Suriyanın Rusiyadan asılı vəziyyətdə olduğunu da açıq mətnlə etiraf edib. Onun dediyinə görə, Türkiyə kimi, Rusiyanın da Suriyada hərbi kontingenti mövcuddur. Kreml həmişə Əsəd rejiminə hərbi-siyasi dəstək versə də, Suriyaya uzunmüddətli Rusiya silahlarının idxalı asılılıq faktorunu aktual saxlayır. Ona görə də, rəsmi Dəməşq Rusiya ilə yeni münasibətlər qurmaqda və bu ölkədən hərbi texnika ilə yanaşı, ərzaq və enerji idxalında maraqlıdır. Və Suriya hələ uzun müddət Rusiya ilə iqtisadi-ticari əlaqələrin mövcudluğunu qorumağa məcburdur.

Bütün bunlarla yanaşı, məhz Türkiyə Suriyanın Rusiya asılığından mümkün qədər tez bir zamanda çıxa bilməsində xüsusi rol oynamağa da çalışır. Belə ki, rəsmi Ankara Suriyanın müvəqqəti hökumətinə həm hərbi, həm də iqtisadi dəstək təklif edib. Hətta rəsmi Dəməşq ilə anlaşma əldə olunarsa, Türkiyə Suriya ərazisində əlavə hərbi kontingentin yerləşdirilməsinə də hazırdır. ABŞ və Avropa ölkələrinin Suriyaya qarşı sanksiyaların ləğvinə hələlik həvəs göstərmədikləri bir situasiyada Türkiyənin bu dəstəyi olduqca həlledici faktorlardan sayılır.

Məsələ ondadır ki, Suriyanın müvəqqəti prezidenti al-Şaraanın indiki situasiyada ABŞ və Avropa ölkələrini Əsəd rejiminə qarşı tətbiq olunan sanksiyaların ləğvinə çağırmaqdan başqa heç nəyə gücü çatmır. Halbuki, bu sanksiyalar Suriya iqtisadiyyatını iflic vəziyyətində saxlamaqda davam edir. Hətta həmin embarqolar ucbatından Suriya iqtisadiyyatının bəzi sahələri ümumiyyətlə, sıradan çıxarılıb. Ona görə də, indi rəsmi Dəməşqin həm Türkiyə, həm də Rusiya ilə iqtisadi-ticari münasibətləri inkişaf etdirməkdən başqa çıxış yolu görünmür. Və bu, Rusiyanın Suriyada öz təsir mexanizmlərini qoruyub, saxlaya bilməsinə münbit şərait yaradır.

Göründüyü kimi, Suriyanın bərpa prosesində hazırda iki nəhəng dövlət – Türkiyə və Rusiya avanqard rolunu oynamaq şansına malikdir. Ancaq əsas problem ondan ibarətdir ki, həm Türkiyə, həm də Rusiya paralel fəaliyyətdə qətiyyən maraqlı deyil. Çünki Kreml Suriyanı Rusiyanın Yaxın Şərqdəki nüfuz məkanı hesab edir və Türkiyənin bu ölkədə mövqelərinin güclənməsinə qıcıqla yanaşır. Eyni zamanda, rəsmi Ankara da devrilmiş Əsəd rejiminin müttəfiqi olmuş, hazırdasa, PKK/PYD terror təşkilatının gizli himayədarları sırasında yer alan Rusiyanın Türkiyə sərhədlərində yerləşməsinə tolerant yanaşmaq niyyətində deyil.

Belə anlaşılır ki, Türkiyə və Rusiya arasında Suriya uğrunda mübarizə qaçılmazdır. Üstəlik, geopolitik ziddiyyətlər o qədər dərinləşib ki, bu qarşıdurma Türkiyə-Rusiya geostrateji savaşına da yol aça bilər. İstənilən halda, vaxtilə dünyanın bəzi regionlarında geopolitik toqquşma təcrübəsi yaşamış bu iki nəhəng dövlətin növbəti dəfə Suriyada üz-üzə gəlmə ehtimalı artnaqda davam edir. Və bu baxımdan, Türkiyə-Rusiya geopolitik savaşının nəticələri Suriyanın gələcək taleyini müəyyən edən əsas həlledici faktora da çevrilə bilər.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri